SON XƏBƏRLƏR

BAŞ PROKUROR BU GÜN(1 IYUL) TÜRKİYƏDƏ HAKİM PARTİYAYA İTTİHAM OXUYACAQ

2021.10.20, 07:36
BAŞ PROKUROR BU GÜN(1 IYUL) TÜRKİYƏDƏ HAKİM PARTİYAYA İTTİHAM OXUYACAQ

Gunaz.tv
BAŞ PROKUROR BU GÜN TÜRKİYƏDƏ HAKİM PARTİYAYA İTTİHAM OXUYACAQ Avropa Parlamentinin britaniyalı üzvləri Brüsseli bu prosesə qarışmamağa çağırır 4950.jpg Bu gün Türkiyədə baş prokuror Əbdürrəhman Yalçınqaya hakim Ədalət və İnkişaf Partiyasının bağlanması haqda qaldırdığı iddia ilə bağlı Konstitusiya Məhkəməsində şifahi ittihamla çıxış edəcək. Konstitusiya Məhkəməsində iddiaya baxılması proseduru ilə bağlı olan bu çıxış ölkənin siyasi çevrələrində maraqla gözlənilir. Yalçınqayanın çıxışında AKP-nin Türkiyədə dünyəvi dövlətin təməl prinsiplərinə zidd fəaliyyətləri haqda danışacağı və partiyanın bağlanması üçün irəli sürülən dəlilləri əsaslandıracağı bildirilir. Bunun ardınca sabah AKP ittiham olunan tərəf kimi iddialara cavabını şifahi nitqlə məhkəməyə çatdıracaq. Bu nitqlə AKP-dən baş nazirin müavini və hökumət sözçüsü Cəmil Çiçəyin çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, AKP-nin bağlanmasına dair qaldırılan iddia Türkiyə daxilində olduğu qədər Avropada da diqqətlə izlənilir. Avropa Birliyi rəsmiləri dəfələrlə xəbərdarlıq ediblər ki, əgər hakim partiya bağlansa, Türkiyə ilə üzvlük danışıqları dayandırıla bilər. Avropa Şurası Parlament Assambleyası da Türkiyənin yüksək məhkəməsini AKP-ni bağlamaqdan çəkinməyə çağırır. CNN Türk kanalının yaydığı məlumata görə, bu məsələ ilə bağlı Avropa Parlamenti daxilində fikir ayrılıqları var. Belə ki, bir çoxları Brüsselin AKP-nin bağlanmasına dair iddia ətrafında cərəyan edən hüquqi prosesə müdaxiləsini düzgün hesab etmirlər. Avropa Parlamentinin Britaniyadan olan bir qrup nüfuzlu üzvü ötən gün xüsusi hesabatla çıxış edərək Avropa Birliyini AKP-yə dair qərarın necə olmasından asılı olmayaraq Türkiyə ilə üzvlük danışıqlarını dayandırmamağa çağırıb. Hesabatda deyilir ki, Türkiyə daxilində yaşanan siyasi problemlərə baxmayaraq, Avropa Birliyinə üzvlüklə bağlı islahatlar davam edir. Hakim partiyaya qarşı qaldırılmış iddia ilə bağlı aparılan proses isə qanunlar çərçivəsində gedir. Britaniyalı parlamentarların mövqeyinə görə hazırda Brüsseldən Türkiyə ilə danşıqların dayandırıla biləcəyi haqda edilən çıxışların təhlükəli nəticələri ola bilər və bu çağırışlardan islahatlara qarşı olanlar faydalana bilər. “Əgər Türkiyə ilə danışıqlar kəsilərsə əksəriyyət inanacaq ki, bu addım ölkə əhalisinin əksəriyyətinin müsəlman olması səbəbindən atılıb”- deyə hesabatda bildirilir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar