SON XƏBƏRLƏR

Baş prokuror Ərdoğanı terorçularla əlaqədə günahlandırdı

2021.10.20, 07:36
Baş prokuror Ərdoğanı terorçularla əlaqədə günahlandırdı

Gunaz.tv
Baş prokuror Ərdoğanı terorçularla əlaqədə günahlandırdı ptgzjkrz.gif Əbdürrəhman Yalçınkaya AKP-ni şəriət rejimi qurmaq istəyində olduğunu bəyan edib Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinin dayandırılması tələbi ilə ittiham aktı hazırlayan Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya dünən Konstitusiya Məhkəməsində çıxış edib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, qaldırdığı iddianı şifahi şəkildə əsaslandıran Ə. Yalçınkaya 1,5 saat davam edən çıxışında AKP-nin bağlanması tələbini bir daha təkrarlayıb. O, AKP-nin şəriət rejimi qurmaq istədiyini, bu təhlükənin açıq-aşkar göründüyünü və yaxınlaşdığını bildirib. Baş prokuror AKP-nin yaxın əlaqədə olduğu “nurçular”ın lideri Fətullah Gülənə məhkəmə tərəfindən bəraət verilməsinin reallığı dəyişdirmədiyini, bu şəxsin hələ də dini təriqət lideri olaraq qaldığını söyləyib. Ə. Yalçınkaya Konstitusiya Məhkəməsinin ali məktəblərdə baş örtüyündən istifadəyə icazə verən Konstitusiya dəyişikliklərini ləğv etməsi ilə AKP-nin qapadılması üçün daha bir əsas yarandığını vurğulayıb. O, AKP lideri və baş nazir Rəcəb Tayyib Ərdoğanın BMT tərəfindən adı “terror təşkilatlarına dəstək verməsindən şübhə duyulan şəxslər” siyahısına salınmış ərəb işi adamı Yasin Əl-Kadı ilə yaxınlığını da sübut kimi göstərib. Baş prokuror AKP-nin ikinci adamı Dengir Mir Mehmet Fıratın “Atatürkün inqilabi dəyişiklikləri cəmiyyətdə travma yaradıb” sözlərini də xatırladıb, amma bunu əlavə sübut kimi ittiham aktına daxil etməyib. Çıxış bitdikdən sonra Ə. Yalçınkayaya hər hansı sual ünvanlanmayıb. İyulun 3-də baş nazirin müavini Cəmil Çiçək və AKP parlament qrupunun həmsədri Bəkir Bozdağ Konstitusiya Məhkəməsində müdafiə çıxışı edəcəklər. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar