Baş Prokurorluq: Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edilib

2020-11-20 17:49

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “WarGonzo” layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri müəyyən edilib.

Gunaz.tv Quote | Gunaz article

Baş Prokurorluğun yaydığı məlumata görə, Semyon Peqov və Semyon Baqdasarovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar), 283.2.1-ci (zor tətbiq etmə hədəsi ilə mill düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar kütləvi informasiya vasitələrindən istifadə edilməklə törədildikdə) maddələrinin əlamətləri mövcud olduğundan, toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsində Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilməklə istintaq yolu ilə araşdırılması davam etdirilir. 


Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Semyon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilib.


Vəsatətlərin icra edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən həmkarlarla daimi əlaqə saxlanılmaqla, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

2020-12-02

gun az article

Gəncədə rəsmilər yaralı hərbçilərin müalicə aldıqları xəstəxanada olublar

2020-12-02

gun az article

Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

2020-12-02

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

Azərbaycan Prezidenti: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub”

2020-12-01

gun az article

Azərbaycan Prezidenti xalqa müraciət edir - CANLI

2020-12-01

gun az article

Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərdə partlayıcı maddələr, əsasən, əllə təmizlənir

2020-11-30

gun az article

Dünyada son sutkada 500 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

2020-11-30

gun az article

Azərbaycanın Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib

2020-11-30

gun az article

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin üzvləri Ərsin Tatarla görüşüblər

2020-11-30

gun az article

Kəlbəcər rayonunun İstisu qəsəbəsindən - VİDEOGÖRÜNTÜLƏR

2020-11-28

gun az article

“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTO

2020-11-28

gun az article

Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

2020-11-28

gun az article

Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”

2020-11-28

gun az article

Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

2020-11-27

gun az article

Kanadada silahlı insident zamanı bir uşaq ölüb

2020-11-27

gun az article

Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib

2020-11-27

gun az article

Çavuşoğlu və NATO Baş katibi Dağlıq Qarabağı müzakirə ediblər

2020-11-26

gun az article

Rusiyalı senator: “Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün elə tövsiyə olaraq qalacaq”

2020-11-26

gun az article

Azərbaycan neftinin bahalaşması davam edir

2020-11-26