SON XƏBƏRLƏR

Basklar İspaniyadan ayrılmaq istəyir

2021.10.20, 07:36
Basklar İspaniyadan ayrılmaq istəyir

Gunaz.tv
Basklar İspaniyadan ayrılmaq istəyir es-__bask.gif Bask deputatlar bir səs fərqi ilə (34 nəfər lehinə, 33 nəfər əleyhinə) referendumun oktyabrın 25-də keçiriləcəyini təsdiqləyiblər. İspaniyada Basklar Ölkəsinin parlamenti dünənki iclasında milli müqəddaratın təyini ilə bağlı referendumun keçirilməsi barədə qərar qəbul edib. Rəsmi Madrid belə səsvermənin keçirilməsini qanunsuzluq və separatçılıq hesab edir. Bask deputatlar bir səs fərqi ilə (34 nəfər lehinə, 33 nəfər əleyhinə) referendumun oktyabrın 25-də keçiriləcəyini təsdiqləyiblər. Bu səsvermə Basklar Ölkəsinin baş naziri Xuan Xose İbarretçenin hazırladığı "Yol Xəritəsi" planının ilkin mərhələsidir. Plan regionun siyasi cəhətdən Madriddən asılılığına son qoyulmasını nəzərdə tutur. Bu isə 40 ildən bəri regionun müstəqilliyi uğrunda silahlı mübarizə aparan separatçı "ETA" ("Euskadi Ta Askatasuna", eskuera dilində tərcüməsi - "Basklar Ölkəsi və Azadlıq") təşkilatının əsas tələbidir. "Basklara referendum keçirmək hüququnun verilməsi normal, demokratik hökumətin siyasi vəzifəsidir", - səsvermədən əvvəl deputatlara xitab edən Xuan Xose İbarretçe deyib. butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar