Baydenlə Putinin görüşü Bakıda KEÇİRİLƏ BİLƏR

2021-05-06 10:43

Amerika prezidenti Co Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putinin üçüncü ölkədə keçirməyə hazırlaşdıqları görüşlə bağlı maraqlı məlumat yayılıb.

Gunaz.tv Quote | Gunaz article

ABŞ-ın nüfuzlu "Politico" nəşrinin yazdığına görə, Co Bayden və Vladimir Putin arasında iyun ayına planlaşdırılan görüş Azərbaycan paytaxtı Bakıda baş tuta bilər.

"Politico" bu məlumatı yayarkən öz mənbələrinə istinad edib.

Həmin məlumatda bu mühüm görüşün keçirilə biləcəyi məkanlar sırasında Avstriyanın paytaxtı Vyana, Finlandiyanın paytaxtı Helsinki,  İslandiyanın paytaxtı Reykyavik, Çexiyanın paytaxtı Praqa, Sloveniyanın paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakı şəhərinin adı çəkilir.

Yeri gəlmişkən Azərbaycan bu cür mühüm görüşlərə ev sahibliyi edib. NATO komandanı ilə Rusiyanın Baş Qərargah rəisi bir neçə dəfə Bakıda görüşüblər.


ABŞ mediasının yazdığına görə, bəzi Avropa hökumətləri görüş üçün potensial məkan olaraq öz şəhərlərini təklif edirlər. Xüsusilə İsveçrə, Finlandiya və Avstriya Bayden-Putin görüşünə evsahibliyi etməyə daha maraqlıdır. Bu üç ölkə geniş mənada, bitərəf məkanlar sayılır. 

Onlardan heç biri NATO hərbi ittifaqında deyil. Daha əvvəl Finlandiya paytaxtı Helsinki prezidentlərin görüşünü təşkil etmək təşəbbüsü ilə çıxış etmişdi. Lakin “Politico" yazır ki, Donald Trampın 2018-ci ildə Finlandiya paytaxtında Putinlə görüşdüyü zaman baş verənlər nəzərə alınarsa, Helsinkinin seçilmə ehtimalı ən azdır.
Həmin toplantı zamanı Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il seçkilərinə müdaxilə etdiyi barədə iddialar irəli sürmüş, Putin isə bunu inkar etmişdi.


Bakının imkanlarını qiymətləndirən nəşr bildirib ki, bu şəhərə gediş ABŞ prezidenti üçün xüsusi bir gəzinti ola bilər.

“Ancaq Azərbaycanın həm Vaşinqtonla, həm də Moskva ilə möhkəm münasibətləri olmasına baxmayaraq, Baydenin ora getməsi ehtimalı da azdır. Səbəblərdən biri keçən il Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı qısa müharibədir”,-deyə “Politico" yazır.

Məqalədə o da qeyd olunur ki, Baydenin Bakıya səfəri gerçəkləşsə, bu, çox güman ki, Ermənistanı və eləcə də amerikalı erməniləri təhqir etmək kimi sayılacaq.
“Çünki Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərindəki “erməni soyqırımı”nı tanımaqla dünya ermənilərini sevindirmişdi”,-deyə yazıda qeyd olunur. (Modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16

gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16