SON XƏBƏRLƏR

BAYRAMIMIZ MÜBARƏK: “Azərbaycanın müstəqilliyinin bərpasından 20 il ötür”

2021.10.20, 07:36
BAYRAMIMIZ MÜBARƏK: “Azərbaycanın müstəqilliyinin bərpasından 20 il ötür”

Gunaz.tv

GünAz TV: Oktyabrın (October) 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya (Anayasa) aktının qəbul olunduğu gündür. İstiqlaliyyətimizi yenidən qazanmağımızın 20 yaşı tamam olur.

 

XX yüzilliyin sonlarında Sovetlər Birliyinin (Şurəvi) süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

 

Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda (cümhuriyyətlərdə) da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin (Məclisinin) xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında (islasda) 1991-ci il avqustun (August) 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

 

 Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

 

 Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə (rəy bərgəsi) bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

 

 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi (milli nişan) təsdiq edildi.

 

 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar