SON XƏBƏRLƏR

“Tələbkarlıq ruhumuzu qorumalıyıq"-Abbas Lisani Milli Hərəkatın hədəflərini göstərdi-VİDEO

2022.08.30, 05:41
“Tələbkarlıq ruhumuzu qorumalıyıq"-Abbas Lisani Milli Hərəkatın hədəflərini göstərdi-VİDEO

Gunaz.tv

Görüşdə Abbas Lisani Milli Hərəkatın fəallarına bildirib ki, Azərbaycan xalqının tələblərindən və mübarizə mövqeyindən azacıq geri çəkilmək təhlükəsizlik və kəşfiyyat məmurlarının çoxlu müdaxiləsi ilə nəticələnəcək,  bu onların tutumunu zəiflədədəck,müdafiə mövqeyi tutmalarına səbəb olacaq.

"Tələblərimizin qanunauyğunluğuna və haqlı olduğuna inanırıqsa, istər həbsxanadan kənarda, istər həbsdə, istərsə də istintaq otaqlarında, məhkəmə və həbsxanada mübarizənin bütün mərhələlərində tələbkarlıq ruhumuzu itirməməli və müdafiə mövqeyinə keçməməliyik"-deyə, Lisani bildirib.

Lisani diqqətə çatdırıb ki, Azərbaycan Milli Hərəkatı hər hansı asılılıqdan uzaq, tamamilə dinc və müstəqil mübarizə üsulu ilə millətin ürəyindən yaranmış, təkcə Yaxın Şərqdə deyil, həm də dünyada örnək olan orijinal hərəkatlardan biridir. 

“Azərbaycan Milli Hərəkatı həyatını bütün sahələrdə tam şəffaf və aydın şəkildə davam etdirir.

Məsələn, Azərbaycan musiqisi və ya Azərbaycan milli rəqsi sahəsində çalışan şəxs əslində Azərbaycanın mədəniyyətini, özünəməxsusluğunu qorumaq üçün mübarizə aparır və inanın ki, bütün bu fəaliyyətlər Azərbaycan xalqının milli ruhunu formalaşdırır.

İşgəncələrə məruz qalan, döyülərək həbsxanalara salınan siyasi fəalların xüsusi vəzifəsi şovinist məmurların diqqətini yayındıraraq Azərbaycan xalqının tələb və hüquqları sahəsində bacarıqlı və mütəxəssis qüvvələrinə yol açmaqdır"-deyə, Lisani çıxışını bitirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar