SON XƏBƏRLƏR

Abbas Lisani: “Azərbaycan xalqı, şübhəsiz ki, xoşbəxtliyi və azadlığı dadacaqdır”

2022.09.02, 05:55
Abbas Lisani: “Azərbaycan xalqı, şübhəsiz ki, xoşbəxtliyi və azadlığı dadacaqdır”

Gunaz.tv

Abbas Lisani yenidən Ərdəbil zindanına qaytarıldıqdan sonra milli fəallar və öyrəncilər Lisaninin çıxışlarını hissə-hisssə yayırlar.

Abbas Lisani öyrəncilərlə görüşündə etdiyi çıxışında uzun illər azərbaycanlıların milli şüurunun yüksəldilməsində məsuliyyətli və inanclı milli fəalların hərəkatın uğurlarının əsas sütunları olduqlarını deyir.

"Sizin ağalarınız və sahibləriniz Azərbaycan milli hərəkatı qarşısında nə edə biliblər ki, siz də nə edəsiniz?"-deyə, Lisani təhlükəsizlik qurumlarına və radikal fars miliyyətçiliyinə bağlı şəxslərə xitabən deyib.

"Təhlükəsizlik məmurları uzun illər müxtəlif üsullarla milli hərəkat fəallarını mədəni və dinc mübarizə yolundan yayındırmağa çalışır, ancaq hərəkatı idarə edən milli şüurlu gənc nəslin biliyi,​ ağsaqqalların müdrikliyi nəticəsində onların oxları daşa dəyir"-Abbas bəy belə deyib.

"Azərbaycan xalqının əqidə və inanclarına, milli dəyərlərinə hörmətlə yanaşma prinsipi əsasında aparılan mübarizə nəticəsində şübhəsiz ki, xalqımız xoşbəxtlik və azadlığa qovuşacaqdır"-deyə, Abbas Lisani qeyd edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar