SON XƏBƏRLƏR

Abbas Lisani Təbriz universitetlərinin öyrənciləri ilə görüşüb

2022.07.28, 14:50
Abbas Lisani Təbriz universitetlərinin öyrənciləri ilə görüşüb

Gunaz.tv

Görüşdə öyrəncilərin suallarını cavablandıran Lisani onları daha geniş mütaliyəyə və vacib məsələlər barədə tədqiqat fəaliyyətlərini genişləndirməyə çağırıb.

O, öyrəncilərin Azərbaycan milli hərəkatı barədə qayğı və suallarını dinləyib, cavablandırıb. Görüşdə birgə fikir mübadiləsi aparılıb.

"Biz dəqiq olaraq ifrat millətçiliyə qarşı  mübarizə aparırıq, başqa xalqların milli, təbii və insan haqlarını inkar edən, şovinist təfəkkürə doğru irəliləyən, faşizmə çevrilmiş ifrat millətçiliyə qarşı açıq və obyektiv mübarizə aparırıq"-deyə, Lisani bildirib.

Lisani deyib ki, Güney Azərbaycan milli hərəkatında olan nisbi nasionalizm özünü müdafiə xarakterlidir və bu insan haqları baxımından da öz kimliyini qorumaq üçün legitim sayılır.

"Farsların ifrat millətçiliyi bütün qeyri-fars millətlərin, xüsusən də türk millətinin kimliyini yox etmək üçün bütün vasitələrdən istifadə edən oktapod kimidir.
Qeyri-fars millətləri özlərinə nifrət və yadlaşma mərhələsinə gətirən həmin şovinist təfəkkür fars millətini sistemli şəkildə üstün mövqedə şişirdib və fars millətinə qarşı ən çox xəyanətə yol verib"-deyə, siyasi məhbus qeyd edib.

O, fars ziyalıları və fikir adamlarının bu ifrat millətçiliyə çarə yolları axtaracaqlarına ümid etdiyini bildirib.

"100 ildir başqa millətləri millətçilikdə günahlandıraraq onları tərk silah etməyə çalışmaqdansa öz xalqlarının xəstəliyinə dərman tapmaları üçün çalışmaları vacibdir"-deyə, Abbas Lisani bildirib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar