SON XƏBƏRLƏR

Siyasi məhbus Abbas Lisani ilə milli-mədəni fəalların növbəti görüşü keçirilib-Xocalı faciəsinin qurbanları anılıb

2022.02.28, 07:43
Siyasi məhbus Abbas Lisani ilə milli-mədəni fəalların növbəti görüşü keçirilib-Xocalı faciəsinin qurbanları anılıb

Gunaz.tv

Fevralın 25-də Ərdəbilin tanınmış milli-mədəni fəallarının bir qrupu siyasi məhbusla növbəti görüş keçiriblər.

Görüşdə Xocalı faciəsinin 30-cu ildönümü, Ermənistan və Rusiya silahlılarının dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə yanaşı Güney Azərbaycanda cari durum, Ümumdünya Ana Dili Günü ilə bağlı keçirilən mədəni aksiyalar və başqa məsələlərdən danışılıb.

Qeyd edək ki, Güney azərbaycanlı milli fəal, siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.

“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar