Ciddi xəstəlikdən əziyyət çəkən Abbas Lisani xəstəxanaya aparıldı

22.10.2021, 10:15

Ərdəbil zindanının 7-ci bölməsində 15 illik həbs cəzasını çəkən siyasi məhbus Abbas Lisani oktyabrın 21-də MRİ testləri üçün klinik terapiya mərkəzini aparılıb.

Gunaz.tv Quote | Gunaz article

Verilən məlumatlara görə, Abbas Lisanini klinikaya aparılarkən polis və təhlükəsizlik məmurlarından ibarət 3 avtomobil onu müşayiət edib. 

Şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin "Fatimi" xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.

Koronavirus pandemiyası başlayandan İran həbsxanalarında dəfələrlə yoluxma halları müşahidə edilsə də, məhkəmə sistemi və həbsxana rəsmiləri o cümlədən Abbas Lisanini məzuniyyətə buraxmaqdan imtina ediblər.

2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Amerika İranla əməkdaşlığa görə 12 Çin şirkətini ixrac məhdudiyyətləri siyahısına daxil edib

2022-07-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2022-07-01

gun az article

Ramil Usubov təhlükəsizlik şuraları katiblərinin Ankara toplantısında

2022-06-30

gun az article

Bayden: “İnanıram ki, Türkiyəyə F-16-ların satışı üçün Konqresdən razılıq ala biləcəyik”

2022-06-30

gun az article

ABŞ Ukraynaya əlavə 800 milyon dollar yardım ayıracaq

2022-06-30

gun az article

Ukrayna səfiri: "Rusiyalılar geri çəkildi, çünki "Bayraktar"lar onları rahat buraxmadı"

2022-06-30

gun az article

Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”

2022-06-30

gun az article

BMT və Avropa Birliyi internetə məhdudiyyətlə bağlı xəbərdarlıq edib

2022-06-30

gun az article

İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransına qatılıb

2022-06-30

gun az article

İranda koronavirusa yoluxma yenidən artdı

2022-06-30

gun az article

Amerika İrana yeni sanksiyalar tətbiq edə bilər

2022-06-30

gun az article

İranın neft emalı zavoduna kiber-hücum olub

2022-06-30

gun az article

Əfqanıstan sərhədində gərginlik- Taliban 2 İran sərhədçisini girov götürüb

2022-06-30

gun az article

Misirdən İrana sərt xəbərdarlıq: "Bu, münasibətlərə xələl gətirəcək"

2022-06-30

gun az article

Bayden Ərdoğanı təriflədi: “Əla iş görürsən”

2022-06-30

gun az article

Avropa İttifaqına sədrlik Çexiyaya keçdi

2022-06-30

gun az article

SEPAH məmurları iki etnik bəluçu güllələyərək öldürüb

2022-06-30

gun az article

Kərəc zindanında 10 məhkum edam edilib

2022-06-30

gun az article

İran məhkəməsi tanınmış jurnalist barədə 5 il həbs qərarı çıxarıb

2022-06-30

gun az article

Dohada aparılan nüvə danışıqları uğursuzluqla başa çatdı

2022-06-30