SON XƏBƏRLƏR

Abbas Lisani silahlı məmurların müşayiəti ilə xəstəxanaya aparıldı:Təcili əməliyyat olunmalıdır

2021.11.05, 08:33
Abbas Lisani silahlı məmurların müşayiəti ilə xəstəxanaya aparıldı:Təcili əməliyyat olunmalıdır

Gunaz.tv

A.Lisaninin Ədliyyə Tibb Mərkəzinə aparılması MRT testinin nəticələrinə və həkimlərin rəyinə əsasən həyata keçirilib.

Qeyd edək ki, belində ciddi ağırlar olan Abbas bəy təcili əməliyyat olunmalıdır.

Ədliyyə Tibb Mərkəzinin həkimi təkidlə bildirib ki, o, tezliklə müayinə olunmalı, analizlərinin nəticələri yoxlanılmalı və mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.

Bundan bir müddət öncə şiddətli bel və diz ağrılarından əziyyət çəkən Abbas Lisani zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramadığı üçn silahlı məmurların müşayiəti ilə Ərdəbilin "Fatimi" xəstəxanasına aparılıb, orada analizlər verdikdən sonra zindana geri qaytarılıb.    

Oktyabrın 21-də Abbas bəy təhlükəsizlik və polis məmurlarından ibarət üç avtomobilin müşayiəti ilə MRİ testləri üçün klinik terapiya mərkəzlərindən birinə aparılıb.

Orada siyasi məhbusdan analizlər götürülüb.

Siyasi məhbus uzun müddətdir ki, müxtəlif xəstəliklərdən, o cümlədən onurğa bel disk yırtığı xəstəliyindən əziyyət çəkir və təhlükəsizlik orqanlarının onun işinə müdaxiləsi nəticəsində düzgün müalicəsi üçün şərait yaradılmır, tibbi məzuniyyətə buraxılmır.

Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar