SON XƏBƏRLƏR

Abbas Lisani xəbərdarlıq etdi: "Aclıq aksiyasına başlayacağam"

2023.01.19, 12:12
Abbas Lisani xəbərdarlıq etdi: "Aclıq aksiyasına başlayacağam"

Gunaz.tv

O, bildirib ki, müalicəsi ilə bağlı tibbi məzuniyyətə buraxılması barədə təhlükəsizlik orqanlarının Tibbi Komissiyayanın rəyinə təsir etmələrinə etiraz olaraq aclıq aksiyasına başlayacaq.

Lisninin dediyinə görə, bir neçə xəstəlikdən əziyyət çəkməsinə və yenidən müalicə olunmasına ehtiyac olmasına baxmayaraq, təhlükəsizlik orqanları bunun qarşısını almağa çalışırlar.

Qeyd edək ki, bel diski ağrıları çoxaldığı üçün Abbas Lisani yanvarın 2-i axşam saatlarında Ərdəbilin "İmam Əli" xəstəxanasına aparılıb.

Siyasi məhbusu müayinə edən həkimlər onun sağlıq durumunun ağır olduğunu bildirib və yenidən əməliyyata ehtiyac olması barədə rəy veriblər.

Zədələrin bədxassəli olmasına gətirib çıxaracaq cərrahiyyə əməliyyatının gecikdirildiyini vurğulayan həkimlər Ərdəbil həbsxanasının rəhbərliyinə məktub yazıb.

Onlar Abbas Lisaninin əməliyyat olunmasının zəruriliyini vurğulamalarına baxmayaraq, bu günə qədər onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar