SON XƏBƏRLƏR

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

2022.08.14, 05:29
Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

Gunaz.tv

Ərdəbil şəhərinin məhkəmə-tibbi ekspertizası və Lisaninin mütəxəssis həkimi doktor Rəhimi Məmqaninin təqdim etdiyi müalicə prosesinin tibbi sənədlərinin tədqiqinə əsasən, azərbaycanlı siyasi fəalın məzuniyyət müddəti uzadılıb.

Ərdəbil İnqilab Məhkəməsinin icra şöbəsinin rəhbəri Abbas Lasaniyə bildiriblər ki, yoxlamaların təfərrüatları məhkəmənin bildiriş sistemi vasitəsilə ona göndəriləcək.  

Müxtəlif xəstəliklərdən əziyyət çəkən, o cümlədən fəqərə sütununda ciddi problem olan milli fəal əməliyyat olunub.

Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun uzun müddətli müalicəyə ehtiyacı olduğu barədə arayış verdikdən sonra o, mayın 23-dən 6 aylıq tibbi məzuniyyətə buraxılıb.

Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar