Abbas Musəvi: “Amerika tezliklə İran millətinin qarşısında diz çökəcək”

2020-06-12 14:45

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi iyunun 12-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işiçi qrupunun rəhbəri Brayan Hukun üç gün əvvəl İranla bağlı son bəyanatına reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article


Yaydığı yazıda Hukun İrana qarşı beynəlxalq sanksiyaların nəticə verməsindən məmnun qalmasına toxunan Abbas Musəvi bildirib ki, Amerika hökuməti yaxın gələcəkdə İran qarşısında diz çökməli olacaq: “Siyasəti istər öz xalqının, istərsə də dünya əhalisinin boynuna təzyiq üzərində qurulan bir hakimiyyət, əlbəttə ki, iqtisadi terrorizmdən və adi insanlara qarşı təzyiqdən sevinməli, məmnun qalmalıdır.


Lakin gördünüz ki, İran millətinin boynu yox, sizin diziniz qırıldı. Tezliklə İran millətinin qabağında diz çəkəcəksiniz” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvinin “Twitter”də paylaşdığı yazısında bildirilir.


Xatırladaq ki, Brayan Huk iyunun 9-da “Heritage Fondu” ilə keçirilən bir video-konfransda çıxış edərək, Vaşinqtonun İran rejiminə qarşı sanksiyalarının təsirindən danışıb.


O deyib ki, ABŞ İran rejiminə silah-sursat satışına qoyulan qadağanın vaxtının uzadılması üçün iş aparır: “İrana qarşı tətbiq edilən sanksiyalar əla nəticələr verib. Amerika hökuməti həmin təzyiqlər vasitəsilə rəsmi Tehranı milyardlarla dollar maliyyə mənbələrindən məhrum edib. 

 
İran rejimi dünyada terrorizmin maliyyələşdirilməsində rol oynayan əsas ölkələrdən biridir və hesab edirik ki, rəsmi Tehrana qoyulan silah embarqosunun ləğvi, islam respublikasının regionda sabitliyi pozması üçün əlverişli fürsət yaradacaq. Bu isə yolverilməzdir. 

 
Hazırda isə İran, beynəlxalq dəstəyini itirmiş, təcrid olunmuş bir ölkədir. Ağır təzyiq altında olan İran rejimi artıq çökməkdədir. Lakin buna baxmayaraq diplomatiyanın qapıları da açıqdır” -deyə, ABŞ Dövlət Departamentinin İran üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk “Heritage Fondu” ilə keçirilən videokonfransdakı çıxışında bəyan edib. 


 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ səfiri Moskvaya qayıdıb

2021-06-24

gun az article

MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub

2021-06-24

gun az article

Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı

2021-06-24

gun az article

Avstriya XİN başçısı: "Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik"

2021-06-24

gun az article

Rusiya ilə Türkiyə liderləri Qarabağla bağlı müzakirə aparıb

2021-06-24

gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24