SON XƏBƏRLƏR

Əbdürrəhman Vəzirov vəfat edib

2022.01.10, 12:41
Əbdürrəhman Vəzirov vəfat edib

Gunaz.tv

Bu haqda məlumat onun qohumlarına istinadən yayılıb.

Əbdürrəhman Vəzirov 1988-90-cı illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olub. SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olub. 

O, 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi ilə nəticələnən siyasi böhran ərəfəsində vəzifəsindən azad edilib. Vəzirov həmişə Bakıya ordunun çağırılmasında ittiham edilib.

Azərbaycanda haqqında cinayət işi qaldırılıb. 90 yaşlı Əbdürrəhman Vəzirov Moskvada yaşayırdı.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar