SON XƏBƏRLƏR

Abdullahian İranın Ukraynada müharibəyə qarşı olduğunu iddia edir

2023.01.21, 13:20
Abdullahian İranın Ukraynada müharibəyə qarşı olduğunu iddia edir

Gunaz.tv

O, İranın Fələstin, Yəmən, Əfqanıstan, Ukrayna və eləcə də böhran vəziyyətində olan digər ölkələrdə qadın və uşaqların vəziyyətindən narahat olduğunu iddia edib.

İranın prezident və xarici işlər nazirləri səviyyəsində Ukrayna müharibəsində var gücü ilə atəşkəs əldə etməyə və tərəfləri sülhə yönəltməyə çalışdığını deyən diplomat bildirib ki, İran müharibəyə ciddi şəkildə qarşıdır.

Abdullahiyanın bu iddiası İranın Ukraynaya qarşı müharibədə Rusiyaya pilotsuz uçan aparatlar və başqa silahlar verməsinə görə Tehran rejiminə beynəlxalq təzyiqlərin artmasından sonraya təsadüf edir.

Bundan öncə Putinin Tehrana səfəri zamanı İran rəhbəri Əli Xameneyi Rusiyanın Ukraynaya hücumuna haqq qazandırmış və Rusiyanın hücum etməyəcəyi təqdirdə Ukraynanın Rusiyaya qarşı müharibə başladacağını iddia etmişdi.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar