SON XƏBƏRLƏR

Bəhram Qasimi: “Amerikanın ölkəmizə qarşı sanksiyaları daha çox psixoloji müharibə xarakteri daşıyır”

2021.10.20, 07:36
Bəhram Qasimi: “Amerikanın ölkəmizə qarşı sanksiyaları daha çox psixoloji müharibə xarakteri daşıyır”

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, noyabrın 2-də jurnalistlərə açıqlamasında Amerikanın Tehrana qarşı tətbiq etmək istədiyi geniş sanksiyalarından danışıb.

 

Qasimi bildirib ki, Amerika İrana qarşı geniş sanksiyalar tətbiq etməklə, özünün iqtisadi sahədəki məğlubiyyətlərini ört-basır etməyə çalışır: “Amerikanın ölkəmizə qarşı sanksiyaları daha çox psixoloji savaş xarakteri daşıyır. Vaşinqtonun müxtəlif ölkələrə və beynəlxalq iqtisadi qurumlara bundan artıq təzyiq göstərməyə gücü yoxdur. Hesab edirik ki, bu, bizə qarşı psixoloji bir savaşdan başqa bir şey deyil. Məqsəd isə insanları qorxutmaq və vahiməyə salmaqdır.

 

İran İslam Respublikasının ölkə iqtisadiyyatını və əhalinin gündəlik məişətini idarə etməyə kifayət qədər gücü və imkanları var. Bundan başqa, bizdə keçmiş sanksiyaların təcrübəsi də var. Bu isə bizim gələcək haqqında düzgün proqnoz verməyimizə yardım edir. Məhz bunları nəzərə alaraq, Ruhani hökuməti ölkəmizə qarşı tətbiq edilən sanksiyaların təsirini minimuma endirmək üçün müəyyən tədbirlərin görülməsini nəzərə alıb”.

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar