SON XƏBƏRLƏR

Bəhram Qasimi: “İsrailin İrana hücumla bağlı təhdidini beynəlxalq qurumlarda qaldıracağıq”

2021.10.20, 07:36
Bəhram Qasimi: “İsrailin İrana hücumla bağlı təhdidini beynəlxalq qurumlarda qaldıracağıq”

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 13-də jurnalistlərə açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahunun İran təhlükəsi ilə bağlı səsləndirdiyi bəyanatına reaksiya verib.

 

Öz açıqlamasında İsrail hökumətini “kinli və təcavüzkar rejim” adlandıran və İranın müdafiə gücündən danışan Qasimi bildirib ki, Tel-Əviv heç vaxt İrana qarşı hücuma keçməyə cürət etməyəcək: “Biz, təcavüzkar sionist rejimi baş nazirinin İrana qarşı hücumla bağlı təhdidini beynəlxalq qurumlarda qaldıracağıq. Hesab edirik ki, kinli İsrail rejiminin pərişan və qarma-qarışıq yuxuları heç vaxt çin olmayacaq və onlar ölkəmizə qarşı hücuma keçməyə cəsarət edə bilməyəcəklər.

 

İran İslam Respublikası hərbi və müdafiə baxımdan elə güclü bir ölkədir ki, müharibə tərəfdarı olan bu kimi kinli şəxslərin arzularının gerçəkləşdirilməsini qeyri-mümkün edərək, onları bu kimi sayıqlama bəyanatlar səsləndirməkdən peşman edəcək”.

 

Xatırladaq ki, Benyamin Netanhahu dekabrın 13-də jurnalistlərlə görüşərək, hökumətinin qırmızı xəttindən və İranın Tel-Əvivə qarşı təhdidindən danışıb.

 

 

O bildirib ki, İsrailin mövcudluğu onun hökumətinin qırmızı xətti sayılır və İran tərəfindən ölkəsinə qarşı gələn hər bir təhdidə kəskin cavab verəcək: “İran rejimi bu qırmızı xətti keçərsə və İsrailin varlığı təhlükəyə düşərsə, biz İranın daxilindəki müəyyən hədəflərə hücum edəcəyik. Biz, Yəhud ölkəsini məhv etmək istəyən İran rejimi qarşısında özümüzü və İsraili qorumaq üçün əlimizdən gələni edəcək, istənilən addımı atacağıq.

 

Mən, İsraili müdafiə etmək üçün heç bir seçimdən vaz keçməyəcəyəm. Suriyada İran qüvvələri ilə birbaşa qarşı-qarşıya duran və onun qarşısını alan yeganə ölkə İsrail və onun ordusudur. Hesab edirəm ki, İsrailin varlığını təhdid edən ən böyük təhlükə İrandır”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar