SON XƏBƏRLƏR

Bəhram Qasimi: “Ümid edirik ki, Pakistan oğurlanmış sərhədçilərimizin azadlığa buraxılması üçün əməli addımlar atacaq”

2021.10.20, 07:36
Bəhram Qasimi: “Ümid edirik ki, Pakistan oğurlanmış sərhədçilərimizin azadlığa buraxılması üçün əməli addımlar atacaq”

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi oktyabrın 23-də jurnalistlərə açıqlamasında bir həftə əvvəl yerli müxalif bəlucların qaçırdığı 14 İran həbçisindən və onların azadlığa buraxılması üçün rəsmi Tehranın İslamabaddan gözləntisindən danışıb.

 

Qasimi bildirib ki, girov götürülmüş İran hərbçilərinin azadlığa buraxılması üçün Tehranla İslamabad arasında diplomatik təmaslar davam edir: “Hadisədən dərhal sonra xarici işlər nazirimiz pakistanlı həmkarına zəng vuraraq məsələni onunla müzakirə etdi və problemin həlli üçün Tehranla İslamabad arasındakı diplomatik təmaslar da artdı. Hesab edirik ki, bu təmaslar öz bəhrəsini verəcək, sərhədçilərimiz azadlığa buraxılaraq öz vətənlərinə qayıdacaqlar.

 

Bu, Pakistanın yeni baş naziri cənab İmran Xanın  baş nazir postuna gəlməsindən sonra iki qonşu ölkə arasında baş verən ilk xoşagəlməz hadisədir. Ümid edirik ki, Pakistan hökuməti oğurlanmış  sərhədçilərimizin azadlığa buraxılması istiqamətində ciddi və əməli addımlar atacaq və bu sınaqdan başıuca çıxacaq”.

 

Xatırladaq ki, oktyabrın 16-sı sübh saat 04:00 radələrində İranın Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətinin Mircavə şəhərinin 50 kilometrliyində yerləşən Lüləkdan sərhəd məntəqəsində, müxalif yaraqlı bəluclar 14 iranlı sərhəd hərbçisini girov götürüblər. Girov götürülənlərdən 5-i İran hüquq-mühafizə qüvvələrinin əməkdaşları, 7-si isə “Sepah” muzdlularıdır.

 

Girov götürülmüş İran hərbçiləri

 

Hadisədən az sonra İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq hadisənin məsuliyyətini öz üzərinə götürüb. Girov götürülmüş İran hərbçilərinin Pakistan ərazisinə köçürüldüyü təxmin edilir.

 

Sünni məzhəbli "Ceyş ül-Ədl" yaraqlıları

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar