SON XƏBƏRLƏR

Bəhreyn hökuməti İranda və İraqda olan vətəndaşlarını bu iki ölkəni tərk etməyə çağırıb

2021.10.20, 07:36
Bəhreyn hökuməti İranda və İraqda olan vətəndaşlarını bu iki ölkəni tərk etməyə çağırıb

Gunaz.tv

GünazTV: Bəhreyn Xarici İşlər Nazirliyi mayın 18-də bəyanat yayaraq, İranda və İraqda olan öz vətəndaşlarını dərhal bu iki ölkəni tərk etməyə çağırıb.

 

Rəsmi Mənamə bildirib ki, hər iki ölkədə olan Bəhreyn vətəndaşlarının həyatını qorumaq üçün bu çağırışı edib.

 

Bəyanatda bildirilir ki, Bəhreyn vətəndaşları bölgədə təhlükəsizlik məsələləri ilə bağlı vəziyyətin gərgin olduğunu və mövcud təhdidləri nəzərə alaraq, hazırkı şəraitdə İran İslam Respublikasına və İraqa səfərdən çəkinməlidirlər: “Bəhreyn hökuməti İranda və İraqda olan vətəndaşlarına tövsiyə edir ki, bölgədə vəziyyətin ağır və qeyri-sabit olduğunu, regionda baş verən dəyişiklikləri, eləcə də mövcud təhdid və potensial təhlükələri nəzərə alaraq, dərhal bu iki ölkəni tərk etsinlər” –deyə Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

 

Qeyd edək ki, 2011-ci ildə Bəhreyn hökuməti İranı bu ölkənin daxili işlərinə qarışmaqda və Bəhreyndəki yerli terrorçu şiə qruplaşmalarına dəstək verməkdə günahlandırmasından sonra Mənamə ilə Tehran arasında münasibətlər xeyli zəifləyib. İki ölkə arasında yaranan ixtilaf və çaxnaşma hələ də davam edir.

 

Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd Al-i Xəlifə

 

Son günlər isə hər iki ölkənin rəhbərləri arasında çoxdan başlanan söz müharibəsi şiddətlənib. Mayın 2-də Bəhreyn xarici işlər naziri Şeyx Xalid bin Əhməd Al-i Xəlifə, rəsmi Tehranın region ölkələrinə qarşı təhdidlərinə reaksiya verərək, bildirmişdi ki, İranın Hörmüz boğazını bircə gün belə bağlamasına imkan verilməyəcək.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar