SON XƏBƏRLƏR

Behruz Kəmalvəndi: “İranın dosyesi BMT Təhlükəsizlik Şurasına göndərilsə, biz nüvə sazişindən çıxacağıq”

2021.10.20, 07:36
Behruz Kəmalvəndi: “İranın dosyesi BMT Təhlükəsizlik Şurasına göndərilsə, biz nüvə sazişindən çıxacağıq”

Gunaz.tv

GünazTV: İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi mayın 14-də jurnalistlərə açıqlamasında Tehranın nüvə sazişindən çıxmaq ehtimalından danışıb.

 

O bildirib ki, əgər Avropa ölkələri nüvə sazişinin (“Bərcam”) qorunub saxlanılması üçün əməli addımlar atmasalar, İran nüvə sazişindən çıxacaq: “Əgər İranın nüvə fəaliyyəti ilə bağlı dosyesi BMT Təhlükəsizlik Şurasına göndərilsə və şura tərəfindən İrana qarşı qətnamə qəbul edilsə, biz nüvə razılaşmasından və NPT-dən (nüvə silahlarının yayılmamasına dair müqavilə) çıxacağıq. İran İslam Respublikası nüvə sazşindən çıxandan sonra digər addımlar da ata bilər.

 

Əgər Avropa bu sazişin qorunması üçün hansısa bir addım atmasa və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, İran uranın zənginləşdirilməsi dərəcəsini 3.6 faizdən də yüksək həddə çatdıracaq və Ərakın ağır su reaktoru barədə yeni qərarlar verəcək” –deyə Behruz Kəmalvəndi əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar