SON XƏBƏRLƏR

Bəndər Abbasda daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
Bəndər Abbasda daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 məhkum edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəl təkadamlıq kameraya köçürülmüş məhkum Məsih Hatəmi, yanvarın 23-ü sübh saatlarında Bəndər Abbas şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar