SON XƏBƏRLƏR

Benyamin Netanyahu: “Biz, İranın Suriyada hərbi mövcudluğunu gücləndirməsinə imkan verməyəcəyik”

2021.10.20, 07:36
Benyamin Netanyahu: “Biz, İranın Suriyada hərbi mövcudluğunu gücləndirməsinə imkan verməyəcəyik”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 3-də öz şəxsi “Twitter” səhifəsində yaydığı bir video-çarxda İranın Suriyadakı hərbi fəaliyyətindən və Tel-Əvivin bununla bağlı Tehrana xəbərdarlığından danışıb.

 

Netanyahunun bu xəbərdarlığı, Suriya hökumətinin İsraili Dəməşqin yaxınlığındakı bir hərbi bazanı bombardıman etməkdə günahlandırmasından bir neçə saat sonraya təsadüf edib.  “Haaretz” qəzetinin dekabrın 2-də yaydığı məlumatına əsasən, İsrail qırıcılarının iki gün əvvəl Suriyanın “Əl-Kisva” məntəqəsində bombaladığı hərbi baza, İrana məxsus olub.

 

Netanyahu bildirib ki, İsrail, İranın yəhudi xalqını təhdid etməsinə və nüvə silahı əldə etməsinə icazə verməyəcək: “Qoyun İsrailin İranla bağlı siyasətini bir daha təkrar edim. Biz, yəhudilərin ölkəsini məhv etmək qərarına gələn və bunu özünün əsas hədəflərindən biri kimi elan edən İran rejiminin nüvə silahına yiyələnməsinə və onun Suriyada öz hərbi mövcudluğunu gücləndirməsinə imkan verməyəcəyik”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar