SON XƏBƏRLƏR

Berlində Abbas Lisani və digər güneyli siyasi məhbuslarla bağlı etiraz aksiyası keçirilib - VİDEO

2021.10.20, 07:36
Berlində Abbas Lisani və digər güneyli siyasi məhbuslarla bağlı etiraz aksiyası keçirilib - VİDEO

Gunaz.tv

GünAz TV: İran rejimi tərəfindən həbs edilən Abbas Lisani və digər güney azərbaycanlı milli-mədəni fəalların qanunsuz həbs edilməsinə qarşı etirazlara Avropada yaşayan soydaşlarımız da qoşulur.

 

Məlumata görə, fevralın 9-da Berlində azərbaycanlı siyası məhbuslara dəstək verən etiraz aksiyası keçirilib.

 

Son həftələrdə azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb, onlardan bir neçəsi saxlanılıb, işgəncələrə məruz qalıb və ya saxta ittihamlarla həbs cəzasına məhkum edilib.

 

Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani isə yanvarın 15-də Təbriz Məhkəməsində mühakimə olunduqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbilə aparılıb. O hazırda Ərdəbil zindanının karantin bölümündə qeyri-müəyyən vəziyyətdə saxlanılır. Yayılan məlumatlara görə, fəal saxlandığı gündən aclıq aksiyası keçirir, ona istədikləri ifadələri dilə gətirmək üçün cismi və ruhi işgəncə verilir.

 

“Almaniya – Güney Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsi” Abbas Lisaninin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq və bütün qanunsuz saxlanmalara etiraz etmək məqsədi ilə bütün azadlıqsevər insanları şənbə günü keçirilən  aksiyaya qatılmağa çağırmışdır.

 

https://www.youtube.com/watch?time_continue=11&v=jjyeciGwiOY

 

 

https://www.youtube.com/watch?v=iEpUOPQkIq0

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar