SON XƏBƏRLƏR

Bəşər Əsədin Tehran səfəri zamanı MİT rəhbəri Hakan Fidanla görüşdüyü barədə məlumatlar yayılıb

2021.10.20, 07:36
Bəşər Əsədin Tehran səfəri zamanı MİT rəhbəri Hakan Fidanla görüşdüyü barədə məlumatlar yayılıb

Gunaz.tv

GünAz TV: Suriya rejiminin prezidenti Bəşər Əsədin Tehrana qalmaqallı səfərindən 2 ay sonra Türkiyə mətbuatı onun keçirdiyi görüşlər barədə maraqlı detallar açıqlayıb.

 

Bu məlumatlara əsasən, Əsəd özü Tehranda Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla görüşdüyünü deyib. O, daha sonra “Kassab” sərhəd buraxılış məntəqəsində baş tutmuş görüşdə isə prezident Rəcəb Tayyib Ərdoğanla görüşməyə hazır olduğunu bildirib. Əsəd bunun üçün 1 şərt irəli sürüb, o da “Suriyanın severenliyini tanımaq” olub.

 

Türkiyənin Hakim Ak Partiyasının sözçüsü Ömər Çəlik də bu məlumatı təsdiqləyib. O, görüşün Ərdoğanın icazəsi çərçivəsində Türkiyənin öz maraqları istiqamətində baş tutduğunu, bunun Türkiyənin Suriya siyasətində hər hansı dəyişiklik etdiyi anlamına gəlmədiyini deyib.

 

Qeyd edək ki, “Sepah” terror təşkilatının “Qüds briqadası”nın komandanı Qasım Süleymaninin koordinasiyası ilə baş tutan Əsədin Tehran səfəri siyasi elita içərisində böyük qalmaqala səbəb olmuşdu. Keçirilən rəsmi görüşlərin heç birinə çağırılmayan Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif öz şəxsi “İnstagram” səhifəsində buna etiraz olaraq istefa verdiyini bəyan etmişdi. Lakin onun istefası qəbul edilməmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar