SON XƏBƏRLƏR

“Bəsic” qüvvələri əhvazlı gənci güllələyərək öldürüb- FOTO

2021.10.20, 07:36
“Bəsic” qüvvələri əhvazlı gənci güllələyərək öldürüb- FOTO

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında əhvazlı Əli Rəşidi adlı gənc “Sepah” terror təşkilatına bağlı “Bəsic” qüvvələri tərəfindən öldürülüb.

 

Hadisə onun öz motosikleti ilə əmisi gilə nahar üçün yemək apardığı zaman Əhvaz boyunca qurulmuş “Bəsic” nəzarət məntəqələrinin birindən keçəndə baş verib. Əli Rəşidi nəzarət məntəqəsində çoxlu “Bəsic” tərəfindən əhatəyə alındığına görə, özünü itirib və panika keçirib. Əvəzində “bəsic”lərdən biri ona boyun və kürək nahiyəsində atəş açıb və nəticədə gənc hadisə yerində ölüb.

 

 

Qeyd etmək lazımdır ki, Əhvaz bölgəsində tez-tez sivil sakinlərin rejim qüvvələri tərəfindən bu cür qətlə yetirilməsi halları baş verir. Təkcə son ay ərzində Əhvazda 6 dinc sakin təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

 

Bütün bu cinayətlər İranın “dini lideri” Əli Xamneyinin təhlükəsizlik qüvvələrinə 2017-ci ildə atəş açmaq icazəsi verməsindən sonra baş tutur. Həmin tarixdən etibarən təhlükəsizlik qüvvələri araşdırmadan, cüzi “təhlükə” belə hiss etdiyi halda, sivil insanlara qarşı da atəş açır. Bu qətllər ən çox Xuzistan və Bəlucistan əyalətlərində baş verir.

 

Əli Rəşidinin 40 yaşlı müəllim dayısı Hadi Rəşidi də rejimin qurbanlarından biridir. O, 2013-cü ildə “Əl-Hivar” Elm və Mədəniyyət Cəmiyyəti qurduğuna görə, həbs edilmiş və daha sonra edam edilmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar