SON XƏBƏRLƏR

Beynəlxalq agentlik: “İran uranın zənginləşdirilməsi üçün təyin edilən həddi keçib”

2021.10.20, 07:36
Beynəlxalq agentlik: “İran uranın zənginləşdirilməsi üçün təyin edilən həddi keçib”

Gunaz.tv

GünazTV: Beynəlxalq Atom Enerjisi Agentliyi bəyanat yayaraq, İranın nüvə sazişində uranın zənginləşdirilməsi üçün qoyulan limiti keçməsi barədə yayılan xəbərləri təsdiq edib.

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sözçüsü iyulun 8-də jurnalistlərə açıqlamasında deyib ki, qurumun baş direktoru Yukio Amano agentliyin  idarə heyətinə təqdim etdiyi hesabatda agentlik müfəttişlərinin bu məsələni təsdiq etdiklərini açıqlayıb: “Agentlik müfəttişləri artıq təsdiq edirlər ki, İranın 235 növlü zənginləşdirilmiş uranının qatılığı təyin edilmiş 3.67%-dən  keçib” –deyə agentlik sözçüsü əlavə edib.

 

“Röyters” agentliyi isə müxtəlif mənbələrə istinadən yaydığı bir xəbərdə bildirib ki, agentlik müfəttişləri İranın nüvə fəaliyyətinə “Online nəzarət” üsulu ilə, eləcə də götürdükləri nümunələrlə belə bir nəticəyə gəliblər.

 

Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi iyulun 8-də jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi artıq uranı 4.5%-ə qədər zənginləşdirib: “Uranın bu həddə zənginləşdirilməsi ölkənin elektrik stansiyasılarının ehtiyaclarını ödəmək üçün kifayətdir. Həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasına uranın 20% və ondan da yüksək həddə artırılması ilə bağlı təklif irəli sürülüb, lakin hesab edirik ki, hazırda bu səviyyədə zənginləşdirməyə ehtiyac duyulmur” –deyə Bəhruz Kamalvəndi vurğulayıb.

 

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar