SON XƏBƏRLƏR

Beynəlxalq Ana Dili Günü münasibəti ilə posterlər paylanılıb – Tehranın Gülüstan şəhərində / GÖRÜNTÜ

2021.10.20, 07:36
Beynəlxalq Ana Dili Günü münasibəti ilə posterlər paylanılıb – Tehranın Gülüstan şəhərində / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində olduğu kimi Tehran Əyalətində də Beynəlxalq Ana Dili Günü münasibəti ilə tədbirlər həyata keçirilir.

 

Son məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Gülüstan (Sultanabad) şəhərində əhali arasında çox sayda poster paylayıb. Bundan əlavə, şəhərin müxtəlif məntəqələrində divarlara poster yapışdırıldığı bildirilir.

 

Posterlərdən birində qeyd olunub ki, qeyri-fars millətləri nəinki yalnız ana dillərini öyrənməlidilər, onlar bu dildə təhsil də almalıdır. Hər kəs elmi mətləbləri öz ana dilində oxumağı bacarmalıdır.

 

Posterin aşağı hissəsində azərbaycanlı milli-mədəni fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Manafi, Abbas Lisani, Lətif Həsəni, Siyamək Mirzayi, Əmir Səttari və İbrahim Nurinin adları qeyd olunub. Bu şəxslər ana dilində təhsil hüququ  tələb etdikləri üçün İran məhkəmələrinin ağır həbs cəzası ilə üzləşib.

 

Yayılan digər posterdə isə “40 milyon türkün ana dilində təhsil hüququndan məhrum edilməsi irqçilik deyilsə, o zaman bu zülmün adı nədir?” cüməsi yazılıb.

 

Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar hər il 21 Fevral - Beynəlxalq Ana Dili Gününü müxtəlif tədbirlərlə qarşılayır. Bu istiqamətdə Güney Azərbaycanın əksər şəhərlərində divarlara şüarlar yazılır, poster və bildirişlər yayılır, məktəblilər arasında türkcə kitablar paylanılır və s.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar