Beynəlxalq Əfv Təşkilatından Güney Azərbaycanlı alimlə bağlı İrana ÇAĞIRIŞ: “İşgəncəyə son qoyun və azad edin"

2021-03-28 10:21

Beynəlxalq Əfv Təşkilatı növbəti dəfə Güney Azərbaycanlı alimlə bağlı İran hökumətinə çağırış edib.

Gunaz.tv Quote | Gunaz article

Təşkilat tanınmış alim Əhməd Rza Cəlalinin 6-cı dəfə yaz bayramını həbsxanada keçirdiyini vurğulayaraq yazıb:

“İşgəncə altında ondan qondarma etiraflar alınıb və edama məhkum edilib. Alimin hazırkı  saxlanma şəraiti də işgəncəyə bərabərdir. İran rəsmiləri alimin işgəncə edilməsinə son verməli,  edam hökmünü ləğv edərək dərhal sərbəst buraxmalıdır”.

 

Bir neçə gün öncə mərkəzi qərargahı Parisdə yerləşən Beynəlxalq Elm Şurası və BMT-nin insan haqları üzrə nümayəndəsi də yaydıqları bəyanatlarda uzun müddətdir təkadamlıq kamerada saxlanılan, işgəncələrə məruz qalan Əhməd Rza Cəlalinin durumundan narahat olduqlarını bildirib və İran hökumətindən alimin dərhal sərbəst buraxılmasını tələb ediblər.

 

Xatırladaq ki, ikili vətəndaşlığı olan (İran-İsveç) Əhməd Rza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana gedib və təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək”də ittiham olunaraq həbsə atılıb.

 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edib. Çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.
 


C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07

gun az article

Təbriz-İzmir aviareysləri bərpa edildi

2021-05-07

gun az article

"Milli yola inamımız dəmir barmaqlıqları sındıracaq"-Ərdəbildə siyasi məhbuslarla görüş keçirilib

2021-05-07

gun az article

GünazTV May.06.2021-Sözümüz: Fuzuli

2021-05-07

gun az article

GünazTV May.06.2021- Düşünməyə Çağırı: Milli Ruh və Bütöv Azərbaycan

2021-05-06

gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06