Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisi ilə bağlı bəyanat yaydı: "İnsanlığa qarşı törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır”

2021-06-20 18:05

"İranın yeni prezidenti seçilmiş İbrahim Rəisinin keçmişdə törətdiyi beynəlxalq cinayətlərə görə məsuliyyətinə cəlb edilməlidr".  Bu barədə təşkilatın iyunun 19-da yaydığı bəyanatda bildirilir.

Gunaz.tv Quote | Gunaz article

"Amnesty International"ın bununla bağlı bəyanatı, İran Məhkəmə Sisteminin rəisi, prezidentliyə namizəd axund İbrahim Rəisinin adının ölkədə keçirilmiş prezident seçkilərinin qalibi kimi elan edilməsindən bir neçə saat sonraya təsadüf edib.


“İbrahim Raisinin insanlığa qarşı tərətdiyi cinayətlərə, o cümlədən də qətl, zorakılıq, işgəncə və mütəşəkkil cinayətkarlıq əməllərinə görə mühakimə olunmaq əvəzinə prezident seçilməsi İranda toxunulmazlığın mütləq hökm sürdüyünün faciəvi təzahürüdür.


Bundan başqa, İbrahim Rəisi İran Məhkəmə Sisteminin rəisi vəzifəsində çalışdığı müddətdə toxunulmazlıq statusuna malik olan hökumət və təhlükəsizlik qüvvələrinin 2019-cu ilin noyabr ayında ölkədə baş vermiş dinc etirazlarda kütləvi qətllər törətməsində, minlərlə günahsız insanın həbs edilməsində və yüzlərlə kişi, qadın və uşağı qətliam edilməsində birbaşa rolu olub.

Bu isə İbrahim Rəisinin cinayətkarlıqla bağlı təcrübəsinin digər bir nümunəsidir”, -deyə “Amnesty International” beynəlxalq hüquq müdafiəsi təşkilatının baş direktoru Agnès Kallamard bildirib. 

UN expert condoles Saudi rights activist's death

"Amnesty İnternationa" beynəlxalq hüquq müdafiəçisi təşkilatının baş direktoru Anges Kallamard


Xatırladaq ki, vaxtilə 17 yaşındaykən Tehran və Kərəc zindanlarında prokuror müavini vəzifəsində çalışan və müxaliflərə qarşı qəddarlığı ilə tanınan İbrahim Rəisi, sonralar islam respublikasının qurucusu Ruhullah Xomeyninin birbaşa göstərişi ilə yenicə yaradılmış yaradılmış “Ölüm heyəti”nin tam səlahiyyətli dörd üzvündən biri seçilib və iki-üç ay ərzində ölkə həbsxanalarında həbsini çəkməkdə olan minlərlə siyasi məhbusa ölüm hökmü çıxarıb. 


Axund İbrahim Rəisi siyasi məhbuslara qarşı törətdiyi məhz həmin cinayətlərinə görə, ölkə əhalisi arasında “Ayətullah Edam” və “Ayətullah Qətliam” ləqəbləri ilə tanınır.  


Qeyd edək ki, ibtidai məktəbin 6-cı sinifinə qədər təhsil almış, sonradan isə dünyəvi təhsili buraxıb Qum şəhərində yarımçıq mollalıq dərsi almış İran Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi bu seçkidə ölkənin ali rəhbəri Əli Xamneyi və hakimiyyətdəki digər radikal cərəyanların prezident postuna əsas namizədi sayılırdı. 


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

https://gunaz.tv/az/new/iranda-ayetullah-edam-leqebi-ile-taninan-axund-ibrahim-reisi-prezidentliye-namizedliyini-ireli-surub-1621069123

https://gunaz.tv/az/new/iranda-meshur-olum-heyeti-nin-bascisi-ibrahim-reisi-prezidentliye-namizedliyini-ireli-surub-93230


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31