Beynəlxalq Əfv Təşkilatı, İrandakı qanlı basqılarla bağlı beynəlxalq araşdırma qrupunun yaradılmasına çağırıb

2021-01-21 11:25

Beynəlxalq Əfv Təşkilatı, təhlükəsizlik məmurları tərəfindən uşaqların öldürülməsi ilə müşayiət olunan İrandakı qanlı basqını araşdırmaq üçün müstəqil beynəlxalq istintaq mexanizminin yaradılmasını təklif edib.

Gunaz.tv Quote | Gunaz article

2017-ci ilin noyabr ayında İranda keçirilmiş ümumölkə etiraz aksiyalarının üçüncü ildönümündə Beynəlxalq Əfv Təşkilatı İrandakı qanlı repressiyanı araşdırmaq və təhlükəsizlik qüvvələri tərəfindən öldürülən uşaqlar da daxil olmaqla onlarla etirazçıya ədalət istəmək üçün müstəqil beynəlxalq istintaq mexanizminin yaradılmasına çağırıb.

 

Təşkilatın 20 yanvar çərşənbə günü yayınladığı yeni bəyanatda deyilir ki, təhlükəsizlik qüvvələrinin mühakimə olunmayacaqlarına, cəzalandırılmayacaqlarına arxayınlığı, eyni halda beynəlxalq ictimaiyyətin əvvəlki etiraz aksiyalarına qarşı amansızlıqlara susqunluğundan cəsarətlənən “İran rəsmilərini 2019-cu ilin noyabr ayında keçirilən ümumölkə etiraz aksiyalarında daha qəddar davranmağa və yüzlərlə insanı öldürməyə sövq etdi”.
 

2017-ci ilin noyabr ayında Məşhəd və Xorasan Rəzəvi əyalətinin başqa şəhərlərində inflyasiya və iqtisadi vəziyyətə görə başlayan etiraz aksiyaları İranın 100-ə yaxın şəhərinə sıçradı və 10 gün davam edən etirazlar qısa müddətdə siyasiləşdi. Etirazçılar İran hökumətinin bütün quruluşuna qarşı şüarlar səsləndirdilər.

 

Noyabr 2017-ci ildə baş verən etiraz aksiyalarından üç il keçməsinə baxmayaraq, etiraz aksiyalarında ölənlərin sayı ilə bağlı rəsmi və dəqiq statistik məlumatlar yoxdur. İran hökumət orqanlarının heç biri etiraz aksiyalarında öldürülən onlarla insanın məsuliyyətini öz üzərinə götürməyib.

 

Bunun ardınca, 2019-cu ilin noyabr ayında gözlənilmədən benzinin qiymətinin üç qat artması haqda elandan sonra, ğlkənin ən azı 30 əyalətində geniş etirazlar başladı.

 

Beynəlxalq Əfv Təşkilatı bəyanatda öldürülənlər arasında 18 yaşına çatmamış ən azı 28 uşaq və yeniyetmənin olduğunu qeyd edərək artırır:

 

“Beynəlxalq ictimaiyyət İran hökumətinin etiraz aksiyalarında amansız və qanlı basqılarının qarşısını almaq üçün tədbirlər görməyə, İran hökumətinin rəsmilərinə təzyiq göstərməyə borcludur. BMT İnsan Hüquqları Şurası tərəfindən noyabr 20019-cu il etiraz hadisələrini və 1980-ci illərdən bəri görünməmiş səviyyəyə çatan İran rəsmilərinin repressiv hərəkətlərini araşdırmaq üçün müstəqil bir istintaq və araşdırma qrupunun yaradılması vacibdir."

 

Bəyanatda İran dövlət məmurlarının "hökumətin uzun illərdən bəri inkar və ört-basdır etmək siyasətinə uyğun olaraq, qurbanların ailələrini təhdid və təqib edərək etiraz etmələrini əngəllədiyi" deyilir.


Bəyanatın sonunda bildirilir: "Onlar (İran rəsmiləri) yalan ifadələr və təbliqat xarakterli filmlər yayaraq hökumət məmurlarının etirazçılara qarşı odlu silahdan istifadəsini ört-basdır edir, etirazçıları təxribatçı, İran İslam Cumhuriyyətinin düşmənləri ilə əlbir və qətllərin səbəbkarı qələmə verir.”

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03

gun az article

GünazTV March.02.2021 -GÜNDƏM MASASI: İranda toplumsal ümidsizliyin səbəbləri

2021-03-03

gun az article

Saman Bidar həbs edilib

2021-03-02

gun az article

Aydın Zakiri və Siyamək Seyfi Xiyav İnqilab Məhkəməsinə çağrılıblar

2021-03-02

gun az article

Qərbi azərbaycanda koronovirusa yoluxanların sayı 114 min nəfərə yaxınlaşıb

2021-03-02

gun az article

Qərbi Azərbaycan əyalətində 6 ayda 2 ton 402 kiloqram narkotik maddə aşkar edilib

2021-03-02

gun az article

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

2021-03-02

gun az article

Həmdan əyalətində “Britaniya” virusu xəbərdarlığı

2021-03-02

gun az article

Həmədanda 41 maneken və fotoqraf saxlanılıb

2021-03-02

gun az article

Ərdəbil həbsxanasında cinayətlərin ayrılması prinsipi tətbiq olunmur

2021-03-02

gun az article

Əhvazda dörd ərəb məhbus edam edilib

2021-03-02

gun az article

Ərdəbil ETTELAAT-ı milli-mədəni fəal hədələyib

2021-03-02

gun az article

GünazTV March.01.2021: PARLAQ GƏLƏCƏK: Korona virusu və rejimin sağlamlıq siyasəti, Güney Azərbaycana qarşı ayrı-seçkilik

2021-03-02

gun az article

GünazTV March.01.2021: Paylaşım programı, 40-cı Bölüm.

2021-03-01

gun az article

Təbriz Bələdiyyəsinin işçiləri yenidən etiraz aksiyası keçirirlər

2021-03-01

gun az article

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb

2021-03-01

gun az article

Şəbistər-Şərəfxana yolunda qəzada 4 nəfər həyatını itirib

2021-03-01