Beynəlxalq Elm Şurasından güneyli alimlə bağlı İrana ÇAĞIRIŞ: "Dərhal azad edin"

2021-03-25 09:26

​​​​​​​Mərkəzi qərargahı Parisdə yerləşən Beynəlxalq Elm Şurası (İSC) İran hökumətindən doktor Əhməd Rza Cəlalinin dərhal sərbəst buraxılmasını tələb edib. 

Gunaz.tv Quote | Gunaz article

Dünyada elmin inkişafına çalışan nüfuzlu təşkilat İSC alimin şəklini rəsmi “Twitter” səhifəsində paylaşaraq Güney azərbaycanlı alimin sağlıq durumundan narahatlığını bildirib.


"Qanunsuz olaraq  tutulan doktor  Əhməd Rza Cəlali aylardır təcridxanada saxlanılır, sağlıq durumu kritikdir, ölüm ayağında olduğu deyilir. ISC bundan dərin narahatlığını bildirir və onun dərhal sərbəst buraxılmasına çağıran BMT-nin müstəqil insan hüquqları ekspertlərinə qoşulur"- Beynəlxalq Elmi Şurası “Twitter” hesabında qeyd olunur.


Qeyd edək ki, bir neçə gün öncə Beynəlxalq Əfv Təşkilatı və BMT-nin insan haqları üzrə nümayəndələri yaydıqları bəyanatlarda uzun müddətdir təkadamlıq kamerada saxlanılan,  işgəncələrə məruz qalan Əhməd Rza Cəlalinin durumundan narahat olduqlarını bildirib və İran hökumətindən alimin dərhal sərbəst buraxılmasını tələb ediblər.


Xatırladaq ki, ikili vətəndaşlığı olan (İran-İsveç) Əhməd Rza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana gedib və təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək”də ittiham olunaraq həbsə atılıb.


Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edib. Çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12