SON XƏBƏRLƏR

Təbii fəlakətlər Həmədanda aqrar sektora ciddi ziyan vurub

2021.12.27, 11:57
Təbii fəlakətlər Həmədanda aqrar sektora ciddi ziyan vurub

Gunaz.tv

Əhəd Zəfəri mediaya verdiyi açıqlamada əyalətdə quraqlıq və donvurma nəticəsində 314 min 582 hektar əkin sahələrinin 469 milyard tümən məbləğində xəsarət gördüyünü deyib.

O, cari günəş ilinin əvvəlindən bu günə kimi 26 min 650 hektarda yerləşən müxtəlif meyvə bağları sahiblərinin donvurma nəticəsində 204 milyard tümən zərər etdiklərini söyləyib.

Zəfəri bununla yanaşı 287 min 917 hektar ərazidə əkilən buğda, arpa, noxud, lobya və başqa məhsulların quraqlıq nəticəsində tələf olduğunu, əkinçilərə 264 milyard tümən xəsarət dəydiyini bildirib.

O, torpaq sahələri və məhsullarını böyük risklər qarşısında siğortalayan əkinçilərin ziyanlarının bir qisminin ödəniləcəyini deyib.

Əhəd Zəfəri söğorta olunmayan ərazilərə görə heç bir kompensasiyanın nəzərdə tutulmadığını vurğulayıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar