SON XƏBƏRLƏR

Bijən Namdar Zəngənə: “Sanksiyalar ləğv olunmayınca İran Amerika ilə danışıqlar aparmayacaq”

2021.10.20, 07:36
Bijən Namdar Zəngənə: “Sanksiyalar ləğv olunmayınca İran Amerika ilə danışıqlar aparmayacaq”

Gunaz.tv

GünazTV: Avstriyanın paytaxtı Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iclasına qatılan İranın neft naziri Bijən Namdar Zəngənə iyulun 2-də Amerikanın CNBC telekanalına müsahibəsində Tramp hökumətinin İrana qarşı sanksiyalarından danışıb.

 

Amerikanın İran neftinin satışına qoyduğu qadağalara toxunan Bijən Zəngənə deyib ki, indiki mərhələdə iki ölkə arasında müzakirələrin aparılması mümkün deyil: “Nə qədər ki, Amerika İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyib, islam respublikası bu ölkə ilə danışıqlar aparmağa hazır deyil.

 

Əgər Tramp hökuməti iki ölkə arasında olan mövcud atmosferi dəyişmək istəyirsə, əvvəlcə qoyduğu sanksiyaları ləğv etməlidir. O, sanksiyaları ləğv etsə, iki ölkə arasında olan hazırkı atmosferin nə qədər dəyişəcəyinin şahidi olacaq. Hesab edirik ki, Amerikanın məhz belə bir addımından sonra biz çoxlu işlər görə bilərik” –deyə İranın neft naziri Bijən Namdar Zəngənə əlavə edib.

 

 

Qeyd edək ki, Amerikanın sanksiyalarından əvvəl, İranın gündəlik neft ixracatının həcmi 2 milyon 500 min barel təşkil edirdisə , bu rəqəm hazırda 300 min bareldən aşağı düşüb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar