SON XƏBƏRLƏR

Bill Geyts yenidən dünyanın ən zəngin adamı oldu

2021.10.20, 07:36
Bill Geyts yenidən dünyanın ən zəngin adamı oldu

Gunaz.tv

GünAz TV: “Microsoft” şirkətinin təsisçisi Bill Geyts yenidən dünyanın ən zəngin adamı olub.

 

Trend-in məlumatına görə, “Microsoft” şirkəti Pentaqonla 10 milyard dollar məbləğində müqavilə imzaladıqdan sonra B.Geytsin varidatı artıb.

 

“Bloomberg” agentliyi Bill Geytsin varidatının 110 milyard dollar həcmində dəyərləndirib.

 

109 milyard varidatı olan “Amazon” şirkətinin rəhbəri Ceff Bezos siyahıda ikinci yerə düşüb.

 

İlk üçlüyü “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti Benua Arno qapayır. Onun 103 milyard dollar sərvətinin olduğu deyilir.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar