SON XƏBƏRLƏR

Binab Bələdiyyə İdarəsində yeyintilərlə bağlı dosye ilə əlaqədar daha 2 nəfər saxlanılıb

2021.10.20, 07:36
Binab Bələdiyyə İdarəsində yeyintilərlə bağlı dosye ilə əlaqədar daha 2 nəfər saxlanılıb

Gunaz.tv

GünAz TV: Binab Bələdiyyə İdarəsində yeyintilərlə bağlı dosye ilə əlaqədar saxlanılanların sayı artıb.

 

Son məlumata görə, vəsait yeyintisində şübhəli bilinən daha iki nəfər tutulub, bununla da saxlanılanların sayı 34 nəfərə çatıb.

 

Binab Şəhər İcra Hakimiyyəti başçısı Əmin Rəfii iki şübhəlinin saxlanması ilə bağlı xəbəri təsdiq edərək Bələdiyyə İdarəsinin yeyintilərlə bağlı dosyesinin səlahiyyətli orqanlar tərəfindən araşdırılmaqda olduğunu bildirib.

 

Ə.Rəfii sentyabrın 10-da saxlanılan 4 şübhəlidən 3-nün zəmanətə buraxıldığını da diqqətə çatdırıb.

 

Binab Bələdiyyə İdarəsində yeyinti və rüşvətxorluq faktları və onunla bağlı tutuqlamalar ilk dəfə 2016-ci ilin son aylarında gündəmə gəlib. Həmin zaman Təbriz şəhər prokuroru Musa Xəlilullahi 1 Şura üzvü, 3 podratçı (peymankar) və 14 nəfər bələdiyyə məmurunun saxlandığını açıqlamışdır.

 

Bundan əvvəl oxşar hadisələrə Güney Azərbaycanın Təbriz, Marağa, Mərənd, Parsabad və Həmədan şəhərlərinin Bələdiyyə İdarələrində rast gəlinib.

 

“Beynəlxalq Şəffaflıq” Təşkilatının hazırladığı son hesabata görə İran korrupsiya səviyyəsinin ən yüksək olduğu dövlətlər sırasında, daha dəqiq desək, 180 ölkə arasında 130-cü yerdədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar