SON XƏBƏRLƏR

Binabda dörd nəfərlik bir ailə qətliam edilib

2021.10.20, 07:36
Binabda dörd nəfərlik bir ailə qətliam edilib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın Binab (“Bin ev”) şəhərində dəhşətli qətl hadisəsi törədilib.

 

Məlumata görə, dörd nəfərdən ibarət ailə naməlum şəxs tərəfindən güllələnib. Hadisə nəticəsində ailənin bütün üzvləri ölüb.

 

Bu barədə Binab Şəhər İcra Hakimiyyətinin başçısı Əmin Rəfii “İsna” xəbər agentliyinə danışıb.

“Cinayət hadisəsi ötən gün günortadan sonra baş verib. Bu hadisədə bir ailənin dörd üzvü (ata, ana, qız və oğlan uşaqları) silahla qətlə yetirilib.”- deyə o bildirib.

 

Əmin Rəfii dəhşətli qətl hadisəsi törədən şəxsin yaxalandığını bildirsə də onun kimliyi barədə hər hansı məlumat verməyib.

 

Bəzi mənbələr saxlanılan şəxsin qətlə yetirilmiş ailənin yeznəsi olduğunu bildirir.

 

Binab Şəhər İcra Hakimiyyətinin başçısı faktla bağlı araşdırmaya başlanıldığını bildirib.

 

Qeyd edək ki, bir zamanlar İranda az sayda baş verən qətl hadisələrinə indi tez-tez rast gəlinir. Ölkədə iqtisadi gərginlik, işsizlik və narkomaniyanın geniş yayılması çoxlarında psixoloji gərginlik yaratmaqla yanaşı ailədaxili münaqişələr və ailələr arasında ciddi ixtilaflara səbəb olur. Elə bu səbəblərdən dolayı ölkədə, o cümlədən Güney Azərbaycanın şəhər və kəndlərində hər il çox sayda qətl və intihar faktları qeydə alınır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar