SON XƏBƏRLƏR

Binabın Qaraçıq kəndində şagirdlər 3 növbəli dərs sistemində təhsil alır

2021.10.20, 07:36
Binabın Qaraçıq kəndində şagirdlər 3 növbəli dərs sistemində təhsil alır

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyalətində yerləşən Binab (Bin ev) şəhərinin Qaraçıq kəndində üç növbəli dərs sistemi tətbiq olunur.

 

Şagirdlər dərs otağı olmadığından və məktəbin imkansızlığında bu şəkildə təhsil almağa məcbur edilir.

 

Binab Şəhər İcra Hakimiyyətinin icraçı direktoru Əmin Rəfii fevralın 19-da “Fars” xəbər agentliyinə Qaraçıq kəndində məktəblərin ağır vəziyyətdə olduğunu bildirib.

 

Qaraçıq məktəbində belə bir sistemin tətbiq olunması təhsil səviyyəsini aşağı salır. Təbii ki, bütün bunlar dövlətin bölgənin təhsil sahəsinə laqeyd münasibəti və büdcə vəsaitinin olmaması ilə bağlıdır.

 

Məlumata görə, azərbaycanlı xeyriyyəçilər yeni dərs ilinə qədər hərəkətə keçib lazımi tədbirlər görməsələr, kəndin  daha bir məktəbi üç növbəli dərs sisteminə keçməli olacaq. Bu isə kənd uşaqlarının təshili, nəticə etibarı ilə onların gələcəyinə ciddi zərbə vuracaq.

 

Qeyd edək ki, Güney Azərbaycanın bütün vilayətlərində təhsil ocaqları binalarının köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib. Buna baxmayaraq dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar