SON XƏBƏRLƏR

Bir neçə ölkə Avropa İttifaqının İrana qarşı sanksiyaları uzatmaqla bağlı qərarına qoşulub

2021.10.20, 07:36
Bir neçə ölkə Avropa İttifaqının İrana qarşı sanksiyaları uzatmaqla bağlı qərarına qoşulub

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının 8 üzv və tərəfdaş ölkəsi qurumun İrana qarşı insan haqlarının pozulmasına görə qəbul etdiyi sanksiyaları uzatmaqla bağlı qərarını qoşulublar.

 

Müxtəlif media orqanlarının məlumatına görə, bunu iyunun 6-da Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini açıqlayıb. Açıqlamada bildirilir ki, Avropa İttifaqına üzvlüyə namizəd ölkələr Şimali Makedoniya, Monteneqro, Bosniya Albaniya və Herseqovina, üzv ölkələr İslandiya, Lixtenşteyn və Norveç, eləcə də Moldova bu qərara müsbət yanaşan ölkələrdirlər.

 

Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqına 2011-ci ildə insan hüquqlarının pozulduğuna görə İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb. Bu sanksiyalar 82 iranlı rəsmi və 1 təşkilatı əhatə edir. Sanksiyalara əsasən, onların Avropa ölkələrinə girişi qadağan edilib, eləcə də həmin rəsmilərin bu ölkələrdə sərvətləri aşkar edilərsə, dondurulacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar