SON XƏBƏRLƏR

Bir neçə qıza cinsi təcavüz edən Məlikanın sözdə millət vəkili zorladığı xanımları belə təhdid edib – SƏS FAYLI

2021.10.20, 07:36
Bir neçə qıza cinsi təcavüz edən Məlikanın sözdə millət vəkili zorladığı xanımları belə təhdid edib – SƏS FAYLI

Gunaz.tv

GünAz TV: Məlikanın sözdə millət vəkili və İran Parlamentinin İctimai Komissiyasının rəisi Salman Xudadadinin zorladığı xanımlarla danışığının Səs Faylı yayılıb.

 

Rejimin sifarişi ilə Güney Azərbaycanın Məlikan şəhərinə millət vəkili seçilən Salman Xudadadi ona müraciət edən bir xanım və katibəsini zorlamaqda ittiham olunur.

 

Ötən illərdə Azərbaycan Milli Hərəkatı fəallarına qarşı müxtəlif yollarla təzyiqlər göstərən sözdə millət vəkili bundan əvvəl Məlikan “Sepah”-nin komandiri, Ərdəbil Ettelaat Şöbəsinin rəisi, Şərqi Azərbaycan Ettelaat İdarəsinin rəis müavini və s. kimi həssas postlarda çalışıb. O hazırda İran Parlamentinin İctimai Komissiyasının rəisidir.

 

Salman Xudadadi bundan əvvəl cinsi təcavüzdə ittiham edilərək bir müddət müvəqqəti olaraq saxlanılıb. Elə bu səbəbdən onun  deputatlığa namizədliyi də iki dəfə qeydə alınmayıb, lakin Konstitusiyaya Nəzarət Şurasının müdaxiləsi nəticəsində onun qarşısındakı maneə qaldırılıb və parlament seçkilərində iştirak edib.

 

“Herana” xəbər agentliyinin yaydığı Səs Faylında Salman Xudadadi təcavüz etdiyi xanımlarla səviyyəsiz şəkildə danışır və onları təhdid edir. Səs Faylında bir neçə faylın müxtəlif hissələri kəsilərək birləşdirilib. Fayldakı söhbətlərin əksər hissəsi iyun ayının ortalarında qeydə alınıb.

 

https://www.youtube.com/watch?time_continue=227&v=KK7TIrOFJD4

 

 

Məlumata görə, millət vəkili, zorladığı xanımlar şikayət etdikdən sonra zəng edərək onları sözlərini təkzib etməyə çağırıb. O bunun üçün xanımları təhdid edib və onlara bir çox vədlər verib. Səs Faylında zorlama qurbanlarının adı, səsi və onların xüsusi həyatına aid olan hissələr senzura olunub.

 

Salman Xudadadinin ötən illərdə tutduğu əsas vəzifələr:

-        Məlikanın millət vəkili və 10-cü parlamentin ictimai komissiyasının rəisi

-        Həsən Ruhani dövründə xarici işlər nazirinin müşaviri

-        8-ci parlament şuraları komissiyasının rəis müavini

-        7-ci parlamentin milli təhlükəsizlik komissiyasının üzvü

-        6-cı parlamentin səhiyyə üzrə komissiyasının üzvü

-        5-ci parlamentin milli təhlükəsizlik komissiyasının üzvü

-        Məlikan “Sepah”-nin komandiri

-        Ərdəbil Ettelaat Şöbəsinin rəisi

-        Şərqi Azərbaycan Ettelaat İdarəsinin rəis müavini

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar