Bir qrup azərbaycanlı fəal Milli Hərəkata qarşı təxribatçı çətəçilərlə bağlı ayrı-ayrılıqda Bəyanat yayıblar - SİYAHI1

2017-08-01 12:39

GünAz TV: Bir qrup azərbaycanlı milli-mədəni fəal son vaxtlar Azərbaycan Milli Hərəkatı və Güney Azərbaycan Televiziyasına qarşı təxribat və böhtan xarakterli yazı, video və digər materiallar yayan çətəçilərə qarşı ayrı-ayrılıqda bəyanat yayaraq onların bu çirkin əməlini kəskin şəkildə pisləyiblər. Çətəçilərin əksəriyyəti Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT) üzvləridir.

 

Bəzi bəyanatlarda bildirilir ki,  “AMDT vaxtaşırı ictimai-siyasi səhnədə mövcud olmayan qruplar, o cümlədən “Təbrizli bir qrup elmi-tətbiqi öyrənci”, “Təbriz qadınlarının müdafiə fondu” və s. kimi sözdə qurumların adı ilə ən həssas zamanlar, məsələn etiraz aksiyalarında bəyanatlar yayıb və bununla da əhali arasında qarışıqlıq və fikir ayrılığı yaradıblar. Aksiya alınmadığında isə özlərini kənara çəkib, günahı başqalarının üzərinə qoyublar.”

 

Bəzi fəallar bir sıra çətəçilərin tez-tez Türkiyəyə gedib və İrana qayıtmasını nümunə göstərərək bu məsələnin onlarda şübhə doğurduğunu  iddia ediblər.

 

Fəallar tərəfindən ayrı-ayrılıqda yayılan bəyanatların əksəriyyətində çətəçilərin fars şovinizminin xidmətində olduğu, müxtəlif vasitələrlə Azərbaycan Milli Hərəkatı və onun nüfuzlu şəxslərinə qarşı təxribat xarakterli təbliğat apardıqları bildirilib, onların bu çirkin əməli kəskin şəkildə pislənilib. Fəalların bəziləri çətəçilərin arasında İsməil Cavadi, Məhəmmədrza Ləvayi, Arif Kəskin (Səfər Zeynali), Babək Çələbyani, Beytulla Bərzgər, Taymaz Urmulu və Əli Şahinin adını xüsusi vurğulayıblar.

 

“Təhlükəsizlik qüvvələr bu nəticəyə yetirib ki, içəridə Abbas Lisani, xaricdə isə Əhməd Obalını aradan götürsün. Bütün təxribatlar məhz qeyd etdiyim məsələyə yönəlib. Bunu İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəallara deyilən sözlərdən də anlamaq mümkündür”- deyə azərbaycanlı fəal Mehdi Əjdəri yaydığı bəyanatda qeyd edib.

 

Həmçinin Azərbaycan Milli Dirəniş Təşkilatı, təşkilat mənafeinə xidmət etməkdə və onun çətəçi üyələri şəxsi mənfeini ümumi mənafedən üstün tutmaqda günahlandırılır. Onlardan istənilir ki, dərhal ictimai rəyi nəzərə alıb və öz mövqelərində dəyişiklik etsinlər.

 

Bir sıra milli-mədəni fəallar İsməil Cavadi başda olmaqla Azərbaycan Milli Dirəniş Təşkilatının bundan öncə də Milli Hərəkata qarşı təxribat törətdiyinə şahid olduqlarını bildiriblər. Onlar həmin təşkilatı Azərbaycan Milli Hərəkatına alternativ və onunla paralel şəkildə fəaliyyət göstərdiyini, lakin başqa məqsədlərə xidmət etdiyini bəyan ediblər. Fəallar arasında hətta Dirəniş Təşkilatını, Azərbaycan Milli Hərəkatına düşmən adlandıranlar da olub.

 

Çətəçilərin çirkin fəaliyyətini bir mənalı olaraq Azərbaycan Milli Hərəkatına və onun nüfuzlu şəxslərinə qarşı təxribat adlandıran fəallar hər kəsi Azərbaycan türk millətinin ictimai rəyinə diqqət göstərməyə, bu kimi təxribatçı fəaliyyətlərə son qoymağa çağırıblar.

 

Ayrı-ayrılıqda bəyanat yayan fəalların adları:

-        Tohid Əmir Əmini

-        Rəhim Qulami

-        Əli Xeyrcu

-        Aydın Zakiri

-        Mehdi Əjdəri

-        Məhəmməd Mahmudi

-        Davud Mahmudi

-        Rəsul Sələhşur

-        Meysəm Colani

-        Yusif Sələhşur

-        Sina İrşadi

-        Əli Vasiqi

-        İbrahim Nuri

-        Əsgər Əkbərzadə

-        Əlirza Ləşgəri

-        Möhsün Möhsünzadə

-        Yusif Kari

-        Məhəmmədrza Xacei

-        Həmid Ədib

-        Səid Sadiqifər

-        Rəhim Novruzi

-        Əfşar Moheb

-        Səid Hüseyni

-        Nəsim Sadiqi

-        Əli Əzizi

-        Fərşid Piçqanlu

-        Səid Şokri

-        Murtaza və Mustafa Pərvin

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05

gun az article

GünazTV Ayg.04.2020-Özümüz: Qacarlar: Naserəddin Şah Dönəmi

2020-08-04

gun az article

GünazTV Aug.04.2020 -GÜNDƏM MASASI: ermənistanın İşğal siyasətində erməni kilsəsi və diasporasının rolu

2020-08-04

gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04