SON XƏBƏRLƏR

Bir qrup Milli Hərəkat fəalı, İranın ölkəmizə qarşı müdaxiləsi ilə bağlı BƏYANAT yayıblar

2021.10.20, 07:36
Bir qrup Milli Hərəkat fəalı, İranın ölkəmizə qarşı müdaxiləsi ilə bağlı BƏYANAT yayıblar

Gunaz.tv

GünA TV: Azərbaycan Milli Hərəkatının Bir qrup Fəalı İran rejiminin müstəqil Azərbaycanımıza qarşı təxribat xarakterli müedaxiləsi ilə bağlı Bəyanat yayıblar.

 

Bəyanatın bir hissəsində belə qeyd olunub:

 

“Hər şeydən öncə qeyd etmək lazımdır ki, nə zaçan söhbət Azərbaycanın Güney vəya Quzeyindən gedirsə, əslində söhbət böyük və vahid Azərbaycan millətindən gedir. Azərbaycanın hər iki tərəfində hakim təfəkkür, Vahid Azərbaycan təfəkkürüdür.

 

Hər Azərbaycanlı o ümidlə nəfəs alır və o ümidlədə mübarizə aparır. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanın Güney hissəsi bağımsızlığa qovuşar və güclü bir Vahid Azərbaycan dövləti və ölkəsinin şahidi olarıq.

 

Bildiyiniz kimi, bir müddətdir ki, İranın anti türk hakimiyyəti və hətta İran hakimiyyətinə qarşı olan fars opozisyonları səfərbər olub və Azərbaycanın Quzeyindəki müstəqil Azərbaycanı hədəfə alıblar. İran hökuməti o qədər hayasızlaşıb ki, açıq-açkar Quzey Azərbaycanın daxili işlərinə müdaxilə edir, terrorçu qruplar hazırlayır və islam adı altında təxribat xarakterli əməllərdən əl çəkmir.

 

Azərbaycanın quzeyindəki Azərbaycan Cümhuriyyəti İran hakimiyyətinin təhdidləri və müdfaxilələrinə cidi reaksiya (əksüləməl) verməlidir. Biz Azərbaycan Milli Hərəkatının bir qrup fəalı mövcud şəraiti dərk edərək Azərbaycanın işğal altında olan Güney hissəsini və burda gedən Milli Azadlıq Hərəkatını dünyaya elan edib və bütün milli təşkilatlardan istəyirik ki, Azərbaycanın Quzeyindəki Cümhuriyyətin ad məsələsini gündəmə gətirsinlər. Həmçinin Quzey Azərbaycan siyasətçilərindən tələb edirik ki, müstəqil Azərbaycanın adını Quzey Azərbaycan qoysunlar. Bu həm İranın təhdidlərinə tutarlı cavab olar həmdə bütün dünyanın diqqətini məzlum Güney Azərbaycan xalqına çəkər.”

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar