SON XƏBƏRLƏR

Birləşmiş Ərəb Əmirlikləri “Sepah”la əməkdaşlıq edən 9 İran vətəndaşı və qurumunun əmlakına həbs qoyub

2021.10.20, 07:36
Birləşmiş Ərəb Əmirlikləri “Sepah”la əməkdaşlıq edən 9 İran vətəndaşı və qurumunun əmlakına həbs qoyub

Gunaz.tv

GünAzTV: Birləşmiş Ərəb Əmirlikləri “Sepah”la əməkdaşlıq edərək beynəlxakq terrorizmə dəstək verən 9 İran vətəndaşı və qurumunun bank hesablarına qapadaraq, onların bu ölkədəki əmlakına həbs qoyub.

 

Bundan əvvəl adları terrorçulara dəstək siyahısına salınmış həmin şəxslərin və qurumların əmlakına həbs qoyulması, Birləşmiş Ərəb Əmirlikləri ticarət təhlükəsizliyi idarəsinin bununla bağlı iyulun 3-də ölkənin maliyyə qurumlarına göstərişindən sonra gerçəkləşdirilib.

 

Birləşmiş Ərəb Əmirlikləri mediasının yaydığı məlumatda, ölkədə bank hesabları qapadılaraq əmlakına həbs qoyulan iranlı şəxslər və qurumlar bunlardır: Məsud Nikbəxt, Səid Nəcəfpur, Məhəmməd Həsən Xodai, Meqdad Əmini, Məhəmmədrza Xidməti, Fuad Salehi, “Cahan Ərəs Kiş” şirkəti, Raşid sərrafisi (Exchange Rashed” və Məhəmmədrza Xidməti və şəriklərinin kooperativ şirkəti.

 

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, Məsud Nikbəxt, “Sepah”ın “Qüds” qanadının rəsmi kadrlarından biridir. Həmçinin “Sepah”a məxsus “Cahan Ərəs Kiş” şirkətinin baş direktoru Səid Nəcəfpur və başqaları “Sepah”ın “Qüds” qanadı ilə yaxından əməkdaşlıq edərək, terrorizmə dəstək məqsədilə həmin şirkətlərin adı altında qanunsuz pul köçürmələri və digər xidmətlər sahəsində fəaliyyət göstəriblər.

 

 

A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar