SON XƏBƏRLƏR

Birləşmiş Ərəb Əmirliklərində İrana casusluqda günahlandırılan 3 nəfər uzunmüddətli həbsə məhkum edilib

2021.10.20, 07:36
Birləşmiş Ərəb Əmirliklərində İrana casusluqda günahlandırılan 3 nəfər uzunmüddətli həbsə məhkum edilib

Gunaz.tv

GünAzTV: Dekabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində İrana casusluqda günahlandırılan 3 nəfərə hökm oxunub.

 

Birləşmiş Ərəb Əmirliklərinin “əl-Bəyan” qəzetinin yaydığı xəbərə görə, Əbu Dabi Apellysiya Məhkəməsi, ölkənin hərbi sirlərini İranın bu ölkədəki səfirliyinin işçilərinə ötürməkdə günahlandırılan 28 yaşlı bir hərbçini 15 il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxsin adı ixtisarla mediada işıqlandırılıb.

 

Məhkəmənin qərarı ilə həmçinin hərbi məlumatların İran səfirliyinə ötürülməsi işində birinci müttəhimə yardım edən və İran amilləri ilə gizli əlaqələr quran 46 yaşlı sudanlı bir qadın, 10 il həbsə məhkum edilib. Apellyasi Məhkəməsinin qərarı ilə, adı açıqlanmayan həmin qadın, barəsində çıxarılmış 10 illik həbsi çəkdikdən sonra ölkədən qovulacaq.  

 

Həmçinin, İrana casusluqda günahlandırılan 35 yaşlı daha bir müttəhim, 10 il həbslə bərabər 100 min dirhəm pul cəriməsinə məhkum edilib.

 

Qeyd edək ki, son aylar Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində İranın həmin ölkələrdəki casusluq və təxribat xarakterli fəaliyyəti ilə bağlı bir neçə iş açılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar