SON XƏBƏRLƏR

Şəbistərdə aşıq musiqisi festivalı keçirilib

2022.07.23, 09:01
Şəbistərdə aşıq musiqisi festivalı keçirilib

Gunaz.tv

Firuz Hatefinin verdiyi məlumata görə, mahalın "Benis" kəndində 35-ci Aşıq Festivalı təşkil olunub.

O, festivalın əsasən aşiq Yəqub Çopaniyan Benisinin xatirəsinə həsr edildiyini və festivalın bölgə əhalisi tərəfindən rəğbətlə qarşılandığını deyib.

Qeyd edək ki, bundan öncə festivalın keçiriləcəyi ilə bağlı heç bir elan verilməyib.

Bu üzdən festival məhdud sayda qonaqların, öncədən çağırılan aşıqların iştirakı ilə baş tutub.  

Yerli əhali və sosial media fəalları bunu tənqid edib. Qeyd olunub ki, festival haqqında öncədən bilgi verilməməsi Azərbaycanın başqa bölgələrindən festivala insanların axınının qarşısını almaq məqsədi güdüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar