BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyən qətnamə qəbul edib

2018-12-18 12:14

GünAzTV: Dekabrın 17-də BMT Baş Assambleyası İranda insan hüquqlarının kobud şəkildə pozulmasına etiraz biildirən qətnamə qəbul edib.

 

Toplantıda keçirilən səsvermədə, 84 ölkənin nümayəndələri qətnamənin lehinə, 30 ölkə əleyhinə səs verib, 67 ölkə bitərəf qalıb. Qərb ölkələrindən başqa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Bəhreyn qətnamənin lehinə, Rusiya, Çin, Oman, Pakistan, İraq, Hindistan, Əfqanıstan, Livan və Venessualla isə qətnamənin əleyhinə səs verib. Səsvermədə bitərəf qalan ölkələr sırasında Qətər, Küveyt, Misir, Mərakeş və Əlcəzayir də var.

 

Kanada və digər Qərb ölkələrinin təklifi ilə qəbul edilən qətnamədə, BMT-nin İranda insan hüquqları üzrə özəl nümayəndəsi Cavid Rəhman və BMT-nin baş katibi Antonio Quterreşin məsələ ilə bağlı hesabatına toxunaraq bildirilir ki, islam respublikası son bir ildə dinc müxaliflərə, o cümlədən də jurnalistlərlə virtual aləm fəallarına qarşı repressiyaları gücləndirib.

 

Qətnamədə həmçinin, İranda 18 yaşına çatmamış yeniyetmələrin edamının davam etdirilməsinin, siyasi məhbuslara fiziki işgəncə verilməsinin, özbaşına həbslərin aparılmasının, söz və ifadə azadlıqlarına riayət olunmamasının, hüquq müdafiəçilərinə qarşı təzyiqlərin artmasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq standartlara riayət olunmamasının narahatlığa səbəb olduğu bildirilərək, pislənilir.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.15.2020: Fransa, Türkiyənin Aralıq dənizini iktişafi araşdırmalarına qarşı çıxır

2020-08-15

gun az article

GünazTV Aug.15.2020: “BMT Amerikanın təklifinə yox dedi. Birləşmiş Ştatlar isə İran tenkerlərini həbs etdiyini açıqladı”

2020-08-15

gun az article

İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamənin qəbul edilməməsinə dünya ölkələrindən reaksiyalar verilib

2020-08-15

gun az article

İranda daha 161 nəfər koronavirusdan vəfat edib

2020-08-15

gun az article

TŞ-da İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnamə layihəsi qəbul edilməyib

2020-08-15

gun az article

Əlirza Zali: "Koronavirusun son aylar ərzində yenidən kəskin yayılması strateji səhvin nəticəsidir"

2020-08-15

gun az article

GünazTV Aug.14.2020: Dünən İsrail və Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidenti Donald Trumpın vasitəçiliyi ilə iki ölkə...

2020-08-14

gun az article

GünazTV Aug.14.2020: “Amerika İrana məxsus 4 tankeri saxladı”

2020-08-14

gun az article

İranlı uşu idmançısı koronavirusdan ölüb

2020-08-14

gun az article

İranda daha 169 nəfər “Covid-19”dan ölüb, 2501 yeni növ koronavirusa yoluxma halı açkarlanıb

2020-08-14

gun az article

“Sepah”ın Suriyada həlak olmuş daha 2 əfqan muzdlusunun cənazəsi ölkəyə gətirilib

2020-08-14

gun az article

Kirman əyalətində koronavirusa yoluxanların sayı 583 nəfərə çatıb, 12 nəfər vəfat edib

2020-08-14

gun az article

Mayk Pompeo: “Orta Şərq yekdilliklə İrana qarşı silah embarqosunun müddətinin uzadılmasını tələb edir”

2020-08-14

gun az article

İran BƏƏ ilə İsrail arasında əldə edilmiş tarixi razılaşmanı pisləyib

2020-08-14

gun az article

Amerika Venesuelaya benzin daşıyan 4 İran tankerini saxlayıb

2020-08-14

gun az article

Zərif Beyruta rəsmi səfər edib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020: Joe Biden Kamala Harrisi öz müavini seçdi

2020-08-13

gun az article

GünazTV Aug.13.2020: “Amerikadakı məktəblərə 125 milyon maska göndərilir.”

2020-08-13

gun az article

İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Ermənistan səfiri ilə görüşüb

2020-08-13

gun az article

Buşehr əyalətində koronavirusa yoluxan daha 53 nəfər xəstəxanalara yerləşdirilib

2020-08-13