SON XƏBƏRLƏR

BMT Baş Assambleyasının 3-cü komitəsi İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyib

2021.10.20, 07:36
BMT Baş Assambleyasının 3-cü komitəsi İranda insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyib

Gunaz.tv

GünazTV: BMT Baş Assambleyasının 3-cü komitəsi noyabrın 14-də qətnamə qəbul edərək İranda insan hüquqlarının kobud şəkildə pozulmasını kəskin pisləyib.

 

Kanada tərəfindən BMT-yə təqdim edilən qətnamənin mətni səsə qoyulub. 84 ölkə qətnamənin lehinə, 30 ölkə əleyhinə səs verib, 66 ölkə isə bitərəf qalıb. Bununla da qətnamə səsçoxluğu ilə qəbul olunub.

 

BMT-nin İranda insan hüquqları üzrə özəl nümayəndəsi Cavid Rəhmanın iki hesabatına əsasən hazırlanan 6 səhifədən ibarət qətnamədə, İranda dini və etnik azlıqlara qarşı tətbiq edilən təzyiq və ayrı-seçkilik, eləcə də bəhailərin, sufi və dərvişlərin dini əqidəsinə görə təzyiq və təqiblərə məruz qoyulması, söz və ifadə azadlığının məhdudlaşdırılması və azad düşüncənin qarşısının alınması kimi hallar pislənilir.

 

Qətnamə həmçinin İran hökumətindən ölkədəki dini və etnik azlıqlara qarşı göstərilən təzyiq və ayrı-seçkiliyə son qoyulmasını, həbsdə saxlanılan qadın hüquq müdafiəçilərinin dərhal azadlığa buraxılmasını, qadınlara qarşı ayrı-seçkiliyə yol verən qanunların ləğv olunmasını, İran zindanlarında məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasını, söz və ifadə azadlığına riayət olunması tələb edilir.

 

Bildirilir ki, Qərb ölkələrindən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İspaniya, İsveç, İsveçrə, Hollandiya, Slovakiya, Ukrayna, Finlandiya, Fransa, Danimarka və Almaniya, Orta Şərq ölkələrindən isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn qətnamənin lehinə səs verib.

 

Həmçinin İranın qonşularının əksəriyyəti, o cümlədən də Ermənistan, Əfqanıstan, İraq, Türkmənistan və Pakistan qətnamənin əleyhinə səs verib. İranla yaxın münasibətləri olan bəzi digər ölkələr, o cümlədən də Çin, Kuba, Livan, Qırğızıstan, Serbiya, Oman, Özbəkistan, Venesuella, Vyetnam, Hindistan, Rusiya, Filipin və Suriya isə qətnamənin əleyhinə səs verən ölkələr sırasındadırlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar