SON XƏBƏRLƏR

BMT-nin azlıqlar məsələləri üzrə forumunda güneyli insan hüquqları müdafiəçiləri iştirak edib

2021.10.20, 07:36
BMT-nin azlıqlar məsələləri üzrə forumunda güneyli insan hüquqları müdafiəçiləri iştirak edib

Gunaz.tv

GünAz TV: Noyabrın 28-dən 30-dək İsveçrənin Cenevrə şəhərində BMT-nin insan hüquqları üzrə ali komissarının ofisinin təşkilatçılığı ilə azlıqların məsələləri üzrə 11-ci forum keçirilib. Forumda Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin 4 nəfərlik nümayəndə heyəti iştirak edib.

 

2008-ci ildən bəri hər il keçirilən bu forum 1992-ci il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları üzrə Bəyannamə”nin həyata keçirilməsi məqsədilə təşəbbüs, imkan, çağırış və ən yaxşı təcrübələrin müəyyən edilməsi və təhlili üçün platforma rolunu oynayır. Builki forum “mühacirət və dünyada mühacirətin səbəbi olan müharibə, iqtisadi gərginlik, ətraf mühit və s.” mövzulara həsr olunub. 

 

Forumda dünyanın 5 qitəsindən 600 nəfər dil və etnik azlıqlarına mənsub hüquq müdafiəçisi iştirak edib.

 

“Ərk” Cəmiyyətinin müdiri Dr. Jalə Təbrizi noyabrın 28-də forumun daha yaxşı keçirilməsi ilə bağlı keçirilən iclasda iştirak edib. Həmin iclasda  “ana dili” gələn il keçiriləcək forumun mövzusu kimi qəbul olunub.

 

Noyabrın 28-də “Ərk” Cəmiyyətinin müdiri BMT-nin etnik azlıqların məsələləri üzrə xüsusi reportyoru və Qaçqınlar üzrə Ali Komissarlığın nümayəndəsi ilə görüşüb və müzakirələr aparıb.

 

Forumda Ərk Cəmiyyətinin nümayəndələri azərbaycanlıların mühacirətinə səbəb olan amillər, həmçinin mühacirətin uşaq və qadınlara olan mənfi təsirindən bəhs ediblər. Forumun sonunda edilən çıxışlarla bağlı raport hazırlanıb, raportun BMT-nin etnik azlıqların məsələləri üzrə xüsusi reportyoru Fernando Lavarn tərəfindən 2019-cu ildə Cenevrədə  keçiriləcək BMT İnsan Hüquqları Şurasının 40-cı Konfransına təqdim olunacağı barədə qərar qəbul olunub.

 

İran əhalisinin təxminən 40 faizini Azərbaycan türkləri təşkil edir. Buna baxmayaraq türk milləti ana dilində təhsil ala bilmir və ən ibtidai hüquqlardan məhrumdur. Azərbaycanlılar İran rejiminin ayrı-seçkilik siyasətinə qarşı uzun illər mübarizə aparsa da, bu istiqamətdə hər hansı irəlləyiş yoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar