BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25 11:37

BMT-nin Baş katibi Antonio Quterreş 2017-ci ildən bəri ilk dəfə olaraq bu il – 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında toplantı keçirməyi planlaşdırır.

Gunaz.tv Quote | Gunaz article

Rusiyanın "TASS" informasiya agentliyi xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik öz açıqlamasında bildirib.


Onun sözlərinə görə, son bir neçə ayda BMT Baş katibinin xüsusi elçisi Ceyn Holl Lyut tərəfindən aparılan məsləhətləşmələrdən sonra, təşkilatın inzibati rəhbərliyi “Kipr mövzusunda Cenevrədə 5+1 formatında qeyri-rəsmi toplantı keçirmək niyyətindədir”.


“Görüşün məqsədi yaxın gələcəkdə Kipr probleminin uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında təmas nöqtələrinin olub-olmadığını müəyyənləşdirməkdir”, - məlumatda belə deyilir.


Kipr məsələsinin tənzimlənməsinə dair ənənəvi görüşlər 5+1 formatında keçirilir. Bu format adanın türk və yunan icmalarının rəhbərlərinin, Kiprin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qarantı olan güclərin (Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirləri) və şəxsən BMT Baş katibinin bu cür görüşlərdə iştirakını təmin edir. Sonuncu dəfə Kipr məsələsinin həllinə dair konfrans beştərəfli formatda 2017-ci ildə İsveçrənin Kran-Montana kurort zonasında təşkil olunmuşdu.

 

Ancaq həmin konfrans nəticəsiz qalmış və o vaxtdan bəri Kipr problemi ilə bağlı icmalararası danışıqlar davam etdirilməmişdi.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Aralıq dənizində İran gəmisi hücuma məruz qalıb

2021-03-13

gun az article

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

2021-03-11

gun az article

Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib

2021-03-08

gun az article

Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

2021-03-05

gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24

gun az article

ABŞ İranla ölkədə həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

2021-02-22

gun az article

ABŞ və Avropanın üç böyük dövləti Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

2021-02-17

gun az article

Ərdoğan: "Unutmayaq, vətəni öncə dil, sonra ordu qoruyar, türkcəmizə sahib çıxmalıyıq"

2021-02-17

gun az article

Səddam Hüseynin qızı Rəğd: İranın İraqa müdaxiləsi həqiqi hakimiyyətin olmadığına görə baş verir

2021-02-16